Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xələf Xələfov: Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməsi vacibdir

Xələf Xələfov: Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməsi vacibdir

28.04.2016 [15:39]

Beynəlxalq hüququn təməl norma və prinsiplərinə, o cümlədən ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin əsasını təşkil edir.
Bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) xarici işlər nazirlərinin 5-ci iclasında deyib.
X.Xələfov AQEM-in dünyada və regionda təhlükəsizliyin və sabitliyin təminatındakı roluna toxunaraq bildirib ki, Azərbaycan təşkilatın terrorizmin, separatizmin və ekstremizmin bütün hallarına qarşı olan mövqeyini yüksək qiymətləndirir. Bununla bərabər, hesab edirik ki, bu təhdidlərə qarşı gücləri birləşdirmək və birgə mübarizə aparmaq vacibdir.
Nazir müavini xatırladıb ki, AQEM-in 2014-cü ildə Şanxay Zirvə toplantısının bəyannaməsində və ondan əvvəl 2012-ci ildə Astanada nazirlər konfransının yekun sənədində Ermənistan və Azərbaycan arasında davam edən münaqişənin beynəlxalq sülhə və təhlükəsizliyə təhdidi ilə bağlı narahatlıq əksini tapmış, üzv ölkələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduqlarını bəyan etmişdilər.
BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamənin erməni tərəfinin əməllərinə birmənalı beynəlxalq hüquqi qiymət verdiyini diqqətə çatdıran X.Xələfov əlavə edib ki, Ermənistan bu sənədlərin tələblərinə məhəl qoymayaraq, silah gücünə işğal etdiyi ərazilərdə özünün hərbi potensialını gücləndirməyə, status-kvonu saxlamağa davam edir. Ermənistanın suveren ölkənin işğal altındakı ərazilərində hərbi mövcudluğu regional sülhə və sabitliyə təhdid olaraq qalır. Aprelin əvvəlində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranmış gərginlik məhz işğalçı siyasətin təhlükəli olduğunu bir daha xatırlatdı.
Nazir müavini bir daha bəyan edib ki, münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkündür. Azərbaycan münaqişənin bu əsaslarla sülh yolu ilə həllinə tərəfdardır. Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməsi vacibdir.
Qeyd etmək lazımdır ki, AQEM-in xarici işlər nazirlərinin 5-ci iclasının yekun sənədi olan bəyannamədə Azərbaycanın maraqlarına uyğun bir neçə maddə əksini tapıb. Sənəddə tərəflərin üzv ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməsinin vacibliyi vurğulanıb, separatizm və ekstremizm ilə sıx əlaqəsi olan terror təhdidinin çoxalmasından narahatlıq ifadə olunub. Bundan başqa, sənədin 17-ci maddəsində üzv ölkələr belə bir inam ifadə ediblər ki, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliklərinə qarşı birbaşa və dolayı təhdidlər, dövlətlərin daxili işlərinə qarışmaq və aqressiv siyasi doktrinalar beynəlxalq sülhə təhlükə yaradır.
Tərəflər terrorizmə səbəb olan separatizm və zorakı ekstremizmin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhdid olduğunu qeyd edib, digər üzv ölkələrin ərazisində heç bir separatçı hərəkatı və təşkilatı dəstəkləməyəcəklərini, onlara heç bir yardım göstərməyəcəklərini, öz ərazilərindən həmin qrupların istifadə etməsinə icazə verməyəcəklərini bəyan ediblər.
İclasın yekun sənədində üzv ölkələr aprelin 25-27-də Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsini yüksək qiymətləndiriblər.

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30