Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Corc Vella: Malta Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

Corc Vella: Malta Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

29.04.2016 [15:15]

Azərbaycan-Malta əlaqələri gündən-günə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
E.Məmmədyarov bildirib ki, C.Vella ilə görüşdə Maltanın gələn il Avropa İttifaqına sədrliyi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq və regional vəziyyət, Avropada miqrant problemi ilə bağlı fikir mübadiləsi aparılıb. O, maltalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son vəziyyət barədə ətraflı məlumat verdiyini diqqətə çatdırıb.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ilə Malta arasında bu gün üç sənəd imzalanıb.
Nazir Corc Vella Maltanın Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O, Maltanın regionda baş verən hadisələri diqqətdə saxladığını qeyd edib. Bildirib ki, Malta uzunmüddətli sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyir. Nazir ATƏT-in və Avropa İttifaqının digər üzv dövlətləri kimi, Maltanın da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə görə narahat olduğunu bildirib.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31