Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli bu axşam on dördüncü nömrə altında çıxış edəcək

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli bu axşam on dördüncü nömrə altında çıxış edəcək

10.05.2016 [12:03]

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli bu axşam on dördüncü nömrə altında çıxış edəcək.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səmra Rəhimli Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları “Miracle” mahnısını təqdim edəcək.
Səhnə tərtibatının müəllifi Royn Söderluntdur. O, “Eurovision-2009” yarışmasında da Azərbaycanın səhnə tərtibatının rejissoru olub.
Təmsilçimizin ifası 4 bek vokalçı rəqqasın çıxışı ilə müşayiət olunacaq. Builki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” süjeti üzərində qurulub. Təmsilçimizə yardımçı olan arxadakı ifaçılar Cesika Marberqen, Vera Prada 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalla eyni səhnəni bölüşüblər.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağılı xatırlatsa da, sonda dramatik ayrılıq müşahidə olunur.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31