Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sahibə Qafarova Stokolhmda AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxış edib

Sahibə Qafarova Stokolhmda AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxış edib

18.05.2016 [15:16]

Dünən İsveçin paytaxtı Stokolhmda Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova iştirak edib. İclasda Sahibə Qafarova müzakirə olunan məsələlərlə bğağlı çıxış edib. Onun sözlərinə görə, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində əsas yönlədirici beynəlxalq sənədlər olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, insan haqqları üzrə Ümumi Bəyannamədə və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərdə, xüsusilə də Qadınlara Münasibətdə Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyada və Uşaq Hüquqlarına dair Konvensiyada, eləcədə Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamədə və İnkişaf Hüquqlarına dair Bəyannamədə fikir, vicdan, din və əqidə azadlığı hüquqları daxil olmaqla qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə, beləliklədə, qadınların və kişilərin mənəvi, etik, ruhi və intelektual tələblərini fərdi və ya başqaları ilə birlikdə təmin olunmasına, bunun vasitəsi ilə onlara öz şəxsi arzularına müvafiq həyatlarını formalaşdırarkən cəmiyyətdə öz potensialını tam həyata keçməsinə şəraiti yaradılması öz əksini tapıb: "Amma çox təəssüflər olsun ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar bir çox hallarda real bərabər imkanların olmaması üzündən gerçəkləşə bilmir. Ümumdünya insan haqları təşkilatlarının apardıqları araşdırmalar və əldə olunan statiskalar da qadınların böyük bir hissəsinin bu və ya başqa formalarda hüquqlarının pozulduğu, zorakılığa və təzyiqlərə məruz qalması faktlarını ortaya qoyur".
Diskriminasiyanın qarşısının alınması və bərabər imkanların təmin olunması istiqamətində Azərbaycan dövlətinin əldə etdiyi uğurları diqqətə çatdıran S.Qafarovanın sözlərinə görə, ölkəmizin bu sahədə təcrübəsi bir sıra dövlətlər üçün də uğurlu bir seçim ola bilər. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Şərqdə qadınlara sçemək və seçilmək hüququ verən ilk demokratik respublika olub. Bu gün də Azərbaycan tarixi ənənələrinə sadiqlik nümayiş etdirir və gender bərabərliyinin təmin olunması yönündə geniş tədbirlər reallaşdırır. Buna misal olaraq, Sahibə Qafarova Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin uğurlu fəaliyyəti, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılması, ölkəmizin bu sahədə zəngin qanunvericiliy bazası və digər məqamları diqqətə çatdırıb.
Komitə sədri deyib ki, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər.

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31