Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Multikulturalizmin Azərbaycan modeli dünyada böyük rəğbətlə qarşılanır

Multikulturalizmin Azərbaycan modeli dünyada böyük rəğbətlə qarşılanır

25.05.2016 [16:00]

Mayın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında hakim partiyanın Qadınlar Şurasının təşkil etdiyi “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək ölkəmizdə mövcud olan multikultural dəyərlərdən söhbət açıb. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi dövlətimizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir. Ölkəmizdə mövcud olan multikultural dəyərlərin düzgün təbliğatına böyük ehtiyac var. Azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaranıb. Əsası Ümummilli Lider tərəfindən qoyulan bu ideologiya sayəsində bütün dünya Azərbaycanı tanıdı.
Qeyd edilib ki, multikulturalizm bu və ya digər şəkildə üzləşdiyimiz terrorun, müharibənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Hər bir millət rahat, sülh şəraitində yaşamaq istəyir. Bu istiqamətdə qadınların üzərinə də böyük məsuliyyət düşür. Qadınlar bu cür dəyərləri daha geniş şəkildə təbliğ etməlidirlər.
Azərbaycanda multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini vurğulayan Bakı Slavyan Universitetinin prorektoru Aygül Hacıyeva bildirib ki, multikultural nəzəriyyənin əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası dayanır. Bu dəyərlər dünyada ölkəmizin nüfuzunu daha da artırır. Azərbaycan dünyada multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə səbəb olub. Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə qarşılanır. Multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir.
Konfransda YAP Qadınlar Şurası sədrinin müavini, 1 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Məhəbbət İbrahimova, YAP Qadınlar Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycanda hər zaman multikulturalizmin mövcud olduğunu, bütün xalqların nümayəndələrinin ölkəmizdə daim tolerantlıq mühitində yaşadıqlarını qeyd ediblər.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30