Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının 5-ci iclası keçirilib

TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının 5-ci iclası keçirilib

25.05.2016 [16:09]

Astanada Qazaxıstan Parlamenti Məclisinin ev sahibliyi ilə TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclası keçirilib.
Qırğızıstan parlamentinin deputatları və komissiyanın sədri Sadık Şer-Niyazın rəhbərlik etdiyi iclasda üzv ölkələrin deputatları, eləcə də Türk Şurasının və TÜRKSOY-un nümayəndələri iştirak ediblər.
Türkiyə parlamentinin deputatı Mustafa Bozkurt tərəfindən iclasın gündəliyinin “Fəlakət və böhranın idarə edilməsində üzv ölkələr arasında əməkdaşlıq” adlı əsas mövzusuna dair müvafiq hesabat məruzəsi və tövsiyə qərarı təqdim olunub.
Deputatlar təbii fəlakətlərin qarşısının alınması və bərpa prosesi üzrə üzv ölkələr arasında qarşılıqlı fəaliyyət məsələsi, qəza vəziyyətlərinin təsirinin azaldılmasında milli səviyyədə görülən tədbirlər və ölkələr arasında təcrübə mübadiləsinin qaydaya salınmasının vacibliyini qeyd edərək bu mövzulara dair müzakirələr aparıblar.
TürkPA-nın üzvü, deputat Sevinc Hüseynova texnogen fəlakətlər probleminə toxunub və bununla bağlı Ermənistanda Metsamor Atom Elektrik Stansiyasından gələn təhlükələr haqqında məlumatı üzv ölkələrin parlamentarilərinin diqqətinə çatdırıb. O, həmçinin aprel ayında cəbhə xəttində baş vermiş qarşıdurma zamanı erməni işğalçıları tərəfindən kimyəvi silahdan istifadə edilməsi barədə faktları diqqətə çatdırıb.
Komissiya üzvlərinə Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar komitəsinin sədri Vladimir Bekkerin təqdimatında məsələ ilə bağlı Qazaxıstanın milli siyasətinə dair məlumat verilib.
İclas sədr Sadık Şer-Niyazın rejissoru olduğu qırğız tarixi filmi “Kurmanjan Datka”nın təqdimatı ilə sona çatıb.
Komissiyanın 6-cı iclası 2017-ci ildə Qırğızıstanda keçiriləcək.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30