Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında medianın rolu müzakirə edilib

Ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında medianın rolu müzakirə edilib

20.07.2016 [12:08]

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuat tarixində yeni və parlaq səhifə açılıb. Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin Fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb edib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivləri” mövzusunda keçirilən konfransda səsləndirilib.
Dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət adamlarının, jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin roluna dair çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
Jurnalistləri peşə bayramı münasibətilə təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 141 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə və başqaları milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Konfransda hazırda Azərbaycanda dövlət və mətbuat arasında sağlam münasibətlərin olduğu diqqətə çatdırılıb, həmçinin ölkəmizdə mətbuata olan diqqət və qayğıdan söz açılıb.
Sonda mediada ailə, qadın və uşaq məsələlərini peşəkarlıqla işıqlandırdıqlarına görə, həmçinin aparılan araşdırmalar və təhlillər üzrə 2016-cı ilin monitorinqinin nəticələrinə əsasən bir qrup jurnalist mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30