Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bayram Səfərov: Azərbaycanın ərazi bütövlüyünə qəsd edildiyi beynəlxalq sənədlərdə öz əksini tapıb

Bayram Səfərov: Azərbaycanın ərazi bütövlüyünə qəsd edildiyi beynəlxalq sənədlərdə öz əksini tapıb

20.07.2016 [12:42]

«Azərbaycanın ərazi bütövlüyünə qəsd edildiyi beynəlxalq sənədlərdə öz əksini tapıb. Nüfuzlu beynəlxalq qurumlar, o cümlədən NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, BMT Baş Məclisi və Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, eləcə də dünya dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqelərini bəyan ediblər». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, münaqişənin həllinə dair beynəlxalq icmanın mövqeyi yekdildir və onun beynəlxalq hüquq normalarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi prinsipi dəstəklənir. Onun fikrincə, başqa cür ola da bilməz və  Ermənistanın vaxt udmaq üçün siyasi dövriyyəyə baxdıqları “xalqların öz müqəddəratını təyin etmək hüququ” məsələsi absurddur.
«Az-çox siyasi savadı olan hər kəsə məlumdur ki, öz müqəddəratını təyin etmək hüququ Dağlıq Qarabağ məsələsinə tətbiq oluna bilməz. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan ərazisində məskunlaşmış müəyyən icmadır və əhalinin bir hissəsini təşkil edirlər. Ermənilər bir xalq kimi, beynəlxalq hüququn qeyd olunan prinsipinə əsasən vaxtilə öz müqəddəratlarını təyin etmiş və müstəqil dövlət olan Ermənistan Respublikasını yaratmışlar. Dağlıq Qarabağda yaşayan ermənilər isə öz müqəddəratlarını sərbəst təyin etmək, müstəqil dövlət yaratmaq hüququna malik deyillər. Başqa sözlə, öz müqəddəratını təyinetmə hüququ onlara şamil oluna bilməz. Digər tərəfdən, Dağlıq Qarabağda baş verənləri Ermənistanın fəal hərbi dəstəyi ilə terrorçu-separatçı rejim törətmişdir. Deməli, düşmən qüvvələr Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına qəsd etmişlər. Beynəlxalq hüququn öz müqəddəratını təyin etmək prinsipi isə suveren və müstəqil dövlətlərin parçalanmasına, ərazi bütövlüyünün və siyasi vahidliyinin pozulmasına gətirən hərəkatlara tətbiq olunmur. Azərbaycanın ərazi bütövlüyünü isə bütün beynəlxal sənədlər təsdiqləyir. Etiraf olunur ki, Dağlıq Qarabağ ermənilərinin separatçı əməlləri və Ermənistanın hərbi təcavüzü Azərbaycanın ərazi bütövlüyünü pozub»- deyə, B.Səfərov vurğulayıb.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31