Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mübariz Qurbanlı: “Alban Apostol kilsəsi zorakılıqla erməni kilsəsinin tabeçiliyinə verildiyinə görə haqsızlıqla üzləşir”

Mübariz Qurbanlı: “Alban Apostol kilsəsi zorakılıqla erməni kilsəsinin tabeçiliyinə verildiyinə görə haqsızlıqla üzləşir”

20.07.2016 [17:49]

“Məlumdur ki, 1836-cı ildə tarixi ədalətsizliyə yol verilərək Alban Apostol kilsəsi haqsız şəkildə, subyektiv olaraq zorakı yolla erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilib”.
APA-nn yerli bürosunun xəbərinə görə, bunu Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, Azərbaycanın Alban-Udi xristian dini icması 180 ildir ki, bu haqsızlığı öz üzərində hiss edir: “Çoxlu sayda alban kilsələri erməni Qriqoryan kilsələri kimi təqdim edilməyə cəhd olunub. Bundan əvvəl də Alban-Udi xristian dini icması üzvlərinin, tanınmış albanşünas mütəxəssislərin iştirakı ilə beynəlxalq konfranslar keçirilib.Heydər Əliyev Fondu tərəfindən Alban-Udi xristian dini icmasının haqqının ədalətli şəkildə bərpa edilməsi üçün tədbirlər görülüb və gələcəkdə də davam etdiriləcək.
Biz bu tədbirdə elmi şəkildə bir daha sübut etdik ki, Alban Apostol kilsəsi keçmiş dövrdə müstəqil fəaliyyət göstərib. Biz Alban Apostol kilsəsinin avtokefallığını, müstəqilliyini bərpa etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla bağlı beynəlxalq təşkilatların da dəstəyini hiss edirik. Ən əsası odur ki, Azərbaycan hökuməti bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün mühüm işlər görür. Ümid edirik ki, istənilən nəticəni əldə edəcəyik və tarixi həqiqət ədalətli şəkildə bərpa olunacaq”.

Paylaş:
Baxılıb: 413 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30