Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Millət vəkili: “Ermənistan müstəqil qərar qəbul edəcək gücə sahib ölkə deyil”

Millət vəkili: “Ermənistan müstəqil qərar qəbul edəcək gücə sahib ölkə deyil”

27.07.2016 [12:49]

“Qərarlar Ermənistandakı siyasi prosesləri diqtə edən hegemon dövlətlər tərəfindən qəbul ediləcək”
“Ermənistanın siyasəti həmişə xarici hegemon dövlətlərin diqtəsinə söykənib və marginal olub. Bütövlükdə isə Ermənistanın normal siyasi sistemi yoxdur”. Bunu SİA-ya açqılamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Ermənistandakı rəhbərlik hakimiyyətə hərbi xunta yolu ilə gəlib və onların demək olar ki, hamısı Azərbaycan torpaqlarının işğalı prosesində hərbi cinayətə imza atıblar: “Ermənistan rəhbərliyinin hamısı müharibə caniləridir. Onlar mövcud siyasi reallıqla nə qədər manipulyasiya etməyə çalışsalar da, müstəqil qərar qəbul edə bilməyəcəklər. Ermənistanın qəbul edəcəyi qərar orada qurulmuş daxili “siyasi ssenaridən” asılı olmayacaq. Qərarlar Ermənistanı dövlət kimi yaradan və oradakı siyasi prosesləri diqtə edən hegemon dövlətlər tərəfindən qəbul ediləcək və hakimiyyət buna tabe olmaq məcburiyyətində qalacaq”.
“Forpostda baş verənlərin hamısı daxili auditoriyanın reaksiyasına hesablanmış tamaşadır”
Millət vəkili bildirib ki, müstəqil siyasi sistemi və siyasi ideoloji cərəyanları mövcud olmayan forpostda baş verənlərin hamısı sadəcə daxili auditoriyanın reaksiyasına hesablanmış tamaşadır: “İstənilən halda Ermənistan Azərbaycanın torpaqlarından çıxmaq məcburiyyətində qalacaq. Azərbaycanın uzunmüddətli xarici strateji siyasəti sayəsində Ermənistanda iqtisadi blokada vəziyyəti yaranıb. Orada müstəqil hərbi sənaye yoxdur. Ermənistanda aprel döyüşlərindən sonra hərbi psixoloji əhval-ruhiyyə də sıfıra enib. Onlar Azərbaycan kimi güclü bir ölkənin torpaqlarını işğal altında saxlaya bilməyəcəklər. Əgər şərtlər problemin həllini diqtə edəcəksə, mütləq Ermənistanda bir nəfər tapılacaq ki, formal prezident kimi bu sənədlərə imza atsın. Bu, Sarkisyan, Petrosyan və yaxud hansısa Vartan da ola bilər”.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30