Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azər Badamov: Nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetirilir

Azər Badamov: Nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetirilir

11.08.2016 [13:53]

«2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramı uğurla icra olunmaqdadır. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynayır». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov qeyd edib ki, inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüz minlərlə yeni iş yeri yaradılıb.
«Regionların sosial-iqtisadi inkişafının əsasını təşkil edən Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir»- deyə, A.Badamov  vurğulayıb.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30