Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ADA” Universitetində Azərbaycan-Türkiyə gənclər forumu keçirilir

“ADA” Universitetində Azərbaycan-Türkiyə gənclər forumu keçirilir

23.09.2016 [11:28]

Sentyabrın 23-də “ADA” Universitetinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Azərbaycan-Türkiyə gənclər forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi 25 il ərzində sürətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə, mühüm tarixi hadisələrə nəzər salmaq, ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirmək, yeni imkanlardan istifadə etmək, ümumi çağırışlara cavab yollarını birgə araşdırmaqdır.
Forumda çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev 25 illik tarixi mərhələdə yetişən cavanların uğurla qət edilən müstəqillik yolunun bəhrəsini gördüklərini deyib. Vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı öz növbəsində gənclərin daha keyfiyyətli təhsil almaları, müxtəlif ixtisasların sirlərinə dərindən yiyələnmələri və ölkəmizin parlaq gələcəyi naminə uğurla fəaliyyət göstərmələri üçün səylə çalışır.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31