Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib

Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib

23.09.2016 [16:17]

Avropa Xəbər Agentlikləri Təşkilatının (EANA) yeni prezidenti və Büro üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar sentyabrın 23-də təşkilatın Bratislavada keçirilən Baş Assambleyasında qəbul edilib. Təşkilatın yeni sədri İsveçin TT agentliyinin baş direktoru Yonas Erikson, Büro üzvlüyünə isə Portuqaliyanın LUSA agentliyinin rəhbəri Tereza Markez seçiliblər. EANA-nın prezidenti 2 il, Büro üzvləri isə 3 il müddətinə seçilir.
2014-2016-cı illərdə təşkilata Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal sədrlik edib.
Assambleyada, həmçinin qurumun büdcəsi təsdiq edilib, üzvlüklə bağlı müraciətlərə baxılıb, bir sıra təşkilati işlər müzakirə olunub.
Baş Assambleya başa çatdıqdan sonra 2016-cı il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq ilə bağlı Konqres Şurasının (NACO) işçi iclası keçirilib.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Şura sədri Klayv Marşal və Almaniyanın DPA agentliyinin vitse-prezidenti Piter Kropş Konqresin proqramını və bir sıra təşkilati məsələləri nəzərdən keçiriblər. Şuranın növbəti toplantısı Konqres ərəfəsində Bakıda keçiriləcək.

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30