Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Şahdəniz” yatağından hasil edilən qaz həcminin 9 milyarddan 10,4 milyard kubmetrədək artırılması planlaşdırılmışdır

“Şahdəniz” yatağından hasil edilən qaz həcminin 9 milyarddan 10,4 milyard kubmetrədək artırılması planlaşdırılmışdır

18.12.2013 [16:03]

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində illik qaz hasilatının həcminin 9 milyarddan 10,4 milyard kubmetrədək artırılması planlaşdırılmışdır.
AzərTAc xəbər verir ki, bu sözləri bp şirkətinin “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk Bakıda keçirilən mətbuat konfransında demişdir.
Onun sözlərinə görə, yataqdan hasil ediləcək əlavə 1,4 milyard kubmetr qaz imzalanacaq yeni müqavilə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) satılacaqdır.
A.Kuk qeyd etmişdir ki, yeni müqavilə hər iki tərəf üçün sərfəlidir və “Şahdəniz” layihəsinin reallaşdırılmasında yeni imkanlar açacaqdır.
Vitse-prezident bildirmişdir ki, yataqda qaz hasilatı 5 quyuda aparılır. “Şahdəniz” yatağı üzrə müqavilənin fəaliyyət müddətinin 2048-ci ilədək uzadılması çox vacibdir. Çünki biz yataqda uzunmüddətli kəşfiyyat işlərini planlaşdıra bilərik.
bp-nin vitse-prezidenti diqqətə çatdırmışdır ki, yataqda 3 sahə mövcuddur. Həmin sahələrdə seysmik işlərin aparılması nəzərdə tutulmuşdur. Yataqda kəşfiyyat işləri davam edir. Məqsəd məlumatların təkrar təhlilidir. Bu da öz növbəsində yataqda daha çox ehtiyatın ola biləcəyi barədə danışmağa imkan verir.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30