Ana səhifə »  Qəzetin pdf formatı »  ABŞ əvvəlki kimi “saman çöpü” rolunda deyil...
A+   Yenilə  A-
ABŞ əvvəlki kimi “saman çöpü” rolunda deyil...

Xəbər verildiyi kimi, sentyabrın 19-30-u arası Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun illik toplantısı keçirilib. Toplantıda Azərbaycandan da dövlət və qeyri-dövlət təmsilçiləri iştirak edib. Bəndəniz də bir QHT rəhbəri olaraq növbəti dəfə bu toplantıya qatılıb. Yəni orada olanları gözüylə görüb, danışılanları qulağıyla eşidib. Eyni zamanda müxtəlif mövzularda çıxış etmək imkanı olub.
Bugünlərdə bəzi mətbu vasitələrdə həmin toplantıda ABŞ təmsilçisi Maykl Kozakın etdiyi çıxışlarla bağlı bir xülasə yayımlanıb. Həmin tədbirdən xəbəri olmayanlar o xülasəni oxuyub düşünə bilər ki, tədbir başdan ayağa Azərbaycana qarşı köklənib. Yaxud da ABŞ təmsilçisi yalnız Azərbaycan haqqında tənqidlər səsləndirib. Elədirmi? Təbii ki, deyil.
Qeyd etdiyim kimi, biz də QHT təmsilçisi olaraq həmin tədbirlərin bizə aid hissəsində – ilk həftəsində iştirak etmişik.
Doğrudan da ABŞ təmsilçisi Azərbaycanda insan haqlarıyla bağlı bəzi narahatlıqlarını dilə gətirirdi. Amma və lakin bu narahatlıqlar əvvəlki illərdə olduğu kimi kəskin və geniş deyildi. Sadəcə olaraq M.Kozak ölkəsinin ATƏT bölgəsində insan haqları məsələlərinə münasibətini açıqlayırdı. Təbii ki, bəzən Azərbaycan haqqında da danışırdı. Müəyyən fikirləri bizdə ciddi narazılıq doğurmasa da bəzən məlumatsızlıqdan qaynaqlanan yanlış açıqlamalarının olduğu nəzərimizdən qaçmırdı. Ona görə də çıxışlarımızda birbaşa və ya dolayısıyla ona, onun kimi danışanlara cavab verirdik. Yəni həmin toplantıda M.Kozak da daxil olmaqla bəzi çıxışçıların Azərbaycanla bağlı səsləndirdiyi elə bir söz qalmadı ki, ona cavab verilməsin.
Məsələn, iddia edilirdi ki, Azərbaycanda referendum öncəsi jurnalistlər həbs edilir. Lakin heç bir fakt göstərilmirdi. Belə olan halda çıxış edərək son 3 ay ərzində – yəni referendumla bağlı müddətdə hansısa jurnalistin həbs edilmədiyini, əgər belə bir fakt varsa, təqdim olunmasını istədim. Yalnız qısa müddətə bir neçə jurnalistin saxlanılması, media təmsilçisi olduğu aşkarlanan kimi buraxılması faktının olduğunu dedim.
Başqa bir iddia isə jurnalist Rasim Əliyevin öldürülməsilə bağlı idi. Düzdür, M.Kozak belə bir iddia irəli sürmədi. Amma bəzi çıxışçılar belə bir iddia irəli sürdülər. Təbii ki, məsələyə aydınlıq gətirildi, izah edildi ki, Azərbaycan dövləti də, cəmiyyəti də bu halı sırf cinayət əməli kimi – yəni heç bir siyasi çaları olmayan əməl kimi dəyərləndirir və canilər öz cəzalarını alıblar.
M.Kozakın GONGO – guya hökumətə işləyən QHT-lərlə bağlı yanaşması maraqlı oldu. Şəxsən mən çıxışımda sual etdim ki, necə olur, ABŞ başda olmaqla bir sıra dövlətlərin hökumətlərindən pul alan QHT-lərə GONGO deyilmir, amma Azərbaycan kimi yeni demokratiyalardan pul alanlara bu damğa vurulur? Əgər konkret fəaliyyət üçün hökumətdən pul almaq yanlışdırsa, onda ABŞ-dan da pul alınmamalıdır.
Bu məsələyə münasibət bildirən M.Kozak qeyd etdi ki, hamı haqqında belə düşünmürlər. Hətta dedi ki, mənimlə yanaşı oturmuş, fəallığı və əsaslı çıxışlarıyla diqqət çəkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun təşkilatı da ABŞ-dan pul alıb. Bu heç də o demək deyil ki, o bir ABŞ GONGO-sudur...
Xədicə İsmayılın tədbirə qatılmaq üçün ölkədən çıxa bilməməsinə təəssüf etməsinə gəlincə, şəxsən mən də onunla həmfikir olduğumu dedim. Lakin həm də qeyd etdik ki, qanunlar var, onları gözardı edərək kiməsə əlahiddə imkan yaratmaq mümkün deyil. Ümid etdiyimi bildirdim ki, Xədicə İsmayıl yaxın vaxtlarda o problemini həll edə biləcək.
Toplaşmaq azadlığı, QHT-lərin fəaliyyəti, dindar kəsimlə bağlı məsələlərdə də M.Kozak bir sıra ölkələr, o cümlədən Azərbaycan haqqında yumşaq tənqidlərini, yaxud da təkliflərini dilə gətirdi. Yəni o toplantıda ABŞ təmsilçisi tərəfindən Azərbaycanın kəskin şəkildə hədəfə alındığını heç kim iddia edə bilməz. Hətta bəzən ifadələrini çox diqqətlə seçdiyini, Azərbaycanla bağlı fikirlərini səthi şəkildə dilə gətirdiyini də sezmək olurdu. Bu isə o deməkdir ki, ABŞ rəsmisi bu dəfə Azərbaycanda hər şeyi qara rəngdə görmək istəyənlərə o qədər də çox qida vermədi və ya vermək istəmədi.
Bizim üçün əsas problem ermənilər oldu desək, yanılmarıq. Özü də tək başına deyil. Onlarla birlikdə Azərbaycan vətəndaşlığından könüllü şəkildə imtina etmiş Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov ikidə bir olmayan yerdən “faktlar” uydurub çox qorxunc bir Azərbaycan tablosu cızmağa çalışırdı. Ermənistan nümayəndələri iddia edirdi ki, onların ölkəsində bütün hüquqlar qorunur. Hətta işğal altında tutduqları Dağlıq Qarabağda belə insan hüquqları yüksək səviyyədə təmin edilir. Təbii ki, absurd idi. Onlarla səs-səsə verib absurd fikirlər səsləndirən həm də Emin Hüseynov idi. Məsələn, iddia edirdi ki, Rasim Əliyevi Azərbaycan hakimiyyəti öldürüb. Görəndə ki, buna artıq insanları inandırmaq mümkün deyil, bu dəfə iddia etdi ki, bəs, sən demə sentyabrın 17-də saxlanılan hansısa gənci Azərbaycan polisləri döyüb öldürüb. Başqa bir gənc isə ölüm ayağındadır. Nağıl idi bu təbii.
Eminin ermənilərlə eyni ağızdan danışması təbii ki, cavabsız qalmırdı. Ona əsas və tutarlı cavabı Azərbaycandan olan rəsmi təmsilçilər verirdi. Həm diplomatik nümayəndəliyimizdən olan təmsilçilər, həm də Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova ermənilərə də, Eminə də konkret faktlarla tutarlı cavab verirdi. Əlbəttə ki, bu cavablar iştirakçıların yanlış bilgilərin əsirinə çevrilməsinin qarşısını dərhal alırdı.
Ümumi olaraq belə deyə bilərik ki, ABŞ təmsilçisi başda olmaqla heç bir dövlətin rəsmisi Azərbaycana münasibətdə kəskin mövqedən çıxış etmədi. Əksinə, mümkün qədər nəzakətli bir dildə sadəcə bəzi problemlərin mövcudluğundan narahat olduqlarını ifadə etdilər. Bu da normaldır. Çünki o görüş məhz bu cür məsələlərin müzakirəsi üçün bir platformadır.
Ayrıca qeyd etdiyimiz kimi, Ermənistan nümayəndələri və onlarla eyni mövqedən çıxış edən Emin Hüseynov sadəcə fakt qıtlığı üzündən çıxışlarında ya köhnə faktlara istinad edir, ya da özlərindən əsassız “faktlar” uydurmalı olurdular. Bu isə bizdə gülüş doğururdu. Əslində, onların belə çıxışlarına reaksiya verməmək də olardı. Lakin iştirakçılar susqunluğu razılıq əlaməti kimi qəbul etməsin deyə, Gülsel Səfərova, Sahib Məmmədov, digər nümayəndələrimiz və mən çıxışlarımızda onların əsassız iddialarını faktlarla darmadağın edirdik. Ona görə də Azərbaycan nümayəndələrinin hər çıxışından sonra bizə qarşı olanlar daha mülayim olmağa çalışırdılar. Yalnız Emin Hüseynov və ermənilərdən başqa. Onlar isə növbəti dəfə uduzduqlarını görüncə, yeni hücum üçün yeni “faktlar” uydurmalı olurdular...
Sonda bir daha vurğulamaq istərdim ki, bəzi media qurumlarının M.Kozakın tədbirdəki çıxışlarından hazırladığı xülasə sadəcə olaraq suyu bulandırmaq cəhdindən başqa bir şey deyil. “Orda alınmadı, bəlkə burda alınar” düşüncəsinin məhsuludur bu. M.Kozakdan son ümid yeri kimi istifadə etmək istəyənlər növbəti dəfə ictimai rəyi ABŞ-ın guya Azərbaycan hakimiyyətinə qarşı kəskin mövqe sərgilədiyini sübut etmək üçün saman çöpündən yapışırlar. Amma bir şeyi unudurlar ki, ABŞ 26 sentyabrda keçirilmiş referendumdan düz bir gün sonra öz müsbət rəyini açıqlamaqla Azərbaycan dövlətinə də, hakimiyyətinə də, xalqın iradəsinə də rəsmi münasibətini konkret ifadə etdi. Bu yetərli deyilmi suyu bulandırıb balıq tutmaq istəyənlərə? Umutmayaq, ABŞ ABŞ-dır, amma əvvəlki kimi “saman çöpü” rolunda deyil...
Azər Həsrət

 
  • Oxunub:  6690  |  
  • Tarix:  04-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib
07 Dekabr 16:15
Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib
07 Dekabr 16:10
SOCAR “Total” şirkəti ilə “Abşeron” layihəsinə dair müzakirələr aparıb
07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA