Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ATƏT-in Cənubi Qafqaz ölkələrindəki nümayəndəliklərinə verilən qiymət hansı meyarlara əsaslanır

ATƏT-in Cənubi Qafqaz ölkələrindəki nümayəndəliklərinə verilən qiymət hansı meyarlara əsaslanır

04.10.2016 [15:15]

Məlum olduğu kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1975-ci ildə müşavirə adı ilə yaranmışdır. Təşkilatın əsas məqsədi Avropa qitəsində təhlükəsizlik və əməkdaşlıq problemlərin həlli istiqamətində çalışmaq olmuşdur. Yəni əsas fəaliyyət meydanı Avropadır. Sonradan bir neçə Asiya ölkəsi də daxil edilmişdir. Lakin yarandığı ilk gündən Avropada yerləşməyən iki dövlət - ABŞ və Kanada da burda təmsil olunur. Təşkilatın fəaliyyətini izləyərkən onun iş mexanizmi ilə bağlı maraqlı bir cəhət diqqəti cəlb edir. Belə ki, bu qurumun prioritet elan etdiyi demokratiya, insan hüquqları, seçki şəffaflığı ilə bağlı məsələlərdə tətbiq olunan tələblər yalnız Avrasiya ölkələrinə şamil olunur. Təsadüfi deyil ki, bu məkanda bütün səviyyələrdə keçirilən səsvermələrdə əsas yoxlayıcı rolunda olan ATƏT-in müşahidə missiyalarını ABŞ-da qanunvericilik əsasında seçki məntəqələrinin həndəvərinə belə buraxmırlar. Yaxud ATƏT-in illik hesabatlarında heç zaman okeanın o tayındakı ölkələrdə insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı problemlərin əks olunmasının şahidi olmaq mümkün deyil.
Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan Cənub Qafqazın hər 3 dövləti də ilk illərdən ATƏT-lə sıx əməkdaşlıq edir. Lakin bu əməkdaşlığın fərqli tarixçələri vardır. ATƏT-in bu 3 ölkədə ofisinin fəaliyyətinə ilk xitam verilən yer Gürcüstan olmuşdur. Belə ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında münasibətlərin kəskinləşməsindən sonra ATƏT burda təhlükəsizlik və sülhyaratma ilə bağlı razılıq əldə edilə bilmədiyindən Tbilisidəki ofis fəaliyyətini dayandırdı.
2015-ci ilin iyulundan etibarən ATƏT-in Bakıdakı ofisinin bağlanmasının əsl səbəblərini isə cari ilin sentyabr ayında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səsləndirdi. Görüşdə cənab Prezident bildirdi ki: "ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Bayerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub”.
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Bayer isə bu arqumentlər qarşısında özünü gülünc vəziyyətə qoydu. Belə ki, o bu günlərdə verdiyi müsahibədə ikili standartlarını bir daha ortaya qoydu. Birincisi, D.Bayer ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleks Şahtaxtinskini nəzərdə tutaraq bildirib ki, "ATƏT-in bir çox sahə üzrə qiymətləndirmə missiyalarına yalnız hökumət liderləri ilə deyil, həmçinin vətəndaş cəmiyyəti ilə əlaqələrinə görə qiymət verirlər”. Onun konkret faktlara əsaslanmayan bu arqumentinə bir müqayisə gətirmək istərdik. ATƏT-in Bakıdakı ofisinin rəhbəri etnik azərbaycanlı Aleks Şahtaxtinsi olmuşdur və öz fəaliyyəti ərzində Azərbaycan cəmiyyətinin bütün dairələri ilə birgə tədbirlərlə yadda qalmışdır. Lakin, heç bir əsas olmadan və ya mandatına uyğun olmayan məsələlərdə müəyyən dairələrin siyasi sifarişləri yerinə yetirməmişdir. Arqument budursa, təşkilatın əsaslandığı ədalətli yanaşma hardadır.
İndi isə ATƏT-in İrəvandakı ofisinə baxaq. Burda rəhbər etnik cəhətdən erməni olan Argo Avakovdur. 2016-cı ilin martından fəaliyyətə başlayan A.Avakovun görüşlərinə baxsaq əksəri dövlət rəsmilərilədir. Həmin vaxtdan indiyədək Ermənistanda insan haqları, ifadə azadlığı ilə bağlı bir kəlmə də işlətməyib. Əksinə yayda İrəvanda polis məntəqəsinin tutulması ilə bağlı hadisələrdə polisin professional davranışını və qanun çərçivəsində fəaliyyətini tərifləyib(https://armenpress.am/eng/news/857604/osce-ambassador-praises-professionalism-of-armenian-police-during-july-events.html). Bəs görəsən nə əcəb D.Bayer bunlara diqqət etməyib.
İkincisi, D.Bayer müsahibədə bildirir ki, "Bilirəm ki, Azərbaycanda insanlar bəzən elə düşünürlər ki, biz səhərimizi Azərbaycanı necə tənqid etmək barədə fikirlərlə açırıq və hər gecə bunun haqqında fikirləşərək yuxuya gedirik. Ancaq bu, belə deyil”. Kimi aldatmaq istəyirsiniz? Təkcə Bayerin tvitter səhifəsinə baxmaq kifayətdir ki, məsələnin əsl mahiyyəti görünsün. Onun tvitter hesabında hər ay ən az 15-20 şərh Azərbaycanla bağlı tənqidlərə, bəzi dostları ilə səmimi qucaqlaşmalara həsr olunub. Onu səhərdən-axşama qədər Azərbaycandan çox fikirləşdirən ölkələr arasında yalnız Rusiya bizi üstələyir. ATƏT-in digər 55 üzvü ilə bağlı Bayerin orta aylıq tvit statistikası yalanlarının üstünü açır. Bundan başqa digər ölkələrin balaca uğurları ilə bağlı sevinc dolu şərhləriniz olduğu halda, Azərbaycanla bağlı ancaq tənqidlərə rast gəlirik. Ancaq bizim nailiyyətlərimiz və uğurlarımız kifayət qədər çoxdur. Azərbaycanın torpaqlarının işğal altında qalması da hamının bildiyi və ATƏT-də sənədlərlə təsdiq olunan faktdır. Qalır yalnız ədalətli yanaşma.
Üçüncüsü isə D.Bayer Azərbaycanla ABŞ arasında münasibətlərin qurulmasında hansısa məsələlərə toxunur. Bu ilk növbədə onun mandatına uyğun deyil. Eyni zamanda ABŞ-Azərbaycan münasibətləri daim hərtərəfli və davamlı inkişafdadır. Hər iki tərəfdən bununla bağlı kifayət qədər uğurlu addımlar atılır. Bayer kimi diplomatlar isə bu cür fundamental münasibətlərə təsir etmək iqtidarında deyillər. Bayer ölkəsinin münasibətini zaman-zaman təmsil etdiyi cinsi azlıqların mövqeyi ilə səhv salır. Təsadüfi deyil ki, onun ATƏT-də əsas dostları olan səfirlər də "mavilər klubu”nun üzvləridir. Dövlət maraqları isə heç vaxt belə cılız yanaşmalara əsaslanmır.

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30