Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Polad Bülbüloğlu: Rusiya ilə Türkiyə arasında dostluq münasibətləri Azərbaycanı sevindirir

Polad Bülbüloğlu: Rusiya ilə Türkiyə arasında dostluq münasibətləri Azərbaycanı sevindirir

12.10.2016 [15:52]

Üçtərəfli Putin-Əliyev-Ərdoğan, habelə Putin-Əliyev-Ruhani formaları ciddi irəliləyişin, habelə sülh və təhlükəsizlik regionu yaratmaq üçün zəminin olduğunu göstərir. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Vestnik Kavkaza” informasiya agentliyinə müsahibəsində söyləyib.
Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını və dövlət başçılarının danışıqlarında əldə olunmuş razılaşmaları, habelə dünya birliyinin həmin tədbirə böyük marağını şərh edən Azərbaycan səfiri qeyd edib ki, Rusiya ilə Türkiyə arasında dostluq münasibətləri bu ölkələrlə geniş əlaqələri olan Azərbaycanı qardaş ölkə kimi sevindirir. P.Bülbüloğlu deyib: “Sevinirik ki, onların münasibətləri ilə bağlı vəziyyət 180 dərəcə dəyişib. Hazırda iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla əlaqədar, hələ bu yaxınlara qədər televiziya ekranlarından Türkiyəyə və onun Prezidentinə həqarətlər yağdıranlara müraciət etmək istərdim. İndi onların tamaşaçılara deyiləcək sözləri yoxdur. Politoloqlar irəlini görməyi bacarmalıdırlar. Onlar başa düşməlidirlər ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran münasibətləri həm region, həm də dünya üçün çox əhəmiyyətlidir. Xüsusən müxtəlif güc mərkəzlərinin qarşı-qarşıya gəldiyi bir vaxtda. Mənə elə gəlir ki, bu, ölkələrimizin qarşılıqlı münasibətləri tarixində yeni mərhələdir”. Azərbaycan səfiri fikrini bu sözlərlə yekunlaşdırıb: “Yalnız Dağlıq Qarabağ münaqişəsini həll etmək qalır”.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30