Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bahar Muradova məhkəmə qərarlarından şikayətlərin çox olmasının səbəbini açıqlayıb

Bahar Muradova məhkəmə qərarlarından şikayətlərin çox olmasının səbəbini açıqlayıb

12.10.2016 [16:08]

“Azərbaycan müstəqillik qazandıqdan sonra 25 il ərzində insan hüquqlarının qorunması sahəsində ciddi irəliləyişlər əldə edib”. 
APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı komitənin sədri Bahar Muradova deyib. 
Vətəndaşların tez-tez məhkəmə qərarları ilə bağlı millət vəkillərinə müraciət etməsinə toxunan B. Muradova bildirib ki, məhkəmə qərarlarından şikayətlərin çoxluğunun bir obyektiv səbəbi var. Bu da məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə bağlıdır: “Məhkəmələrlə bağlı çatışmayan məqamlara dair Məhkəmə Hüquq Şurası qərarlar verir. Ancaq məhkəmə qərarlarından şikayətlərin çoxu məhz məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə əlaqədardır. Məhkəmə sistemi bir neçə instansiyadan ibarətdir. Millət vəkilləri, komitə olaraq biz bununla bağlı vətəndaş cəmiyyəti institutları, QHT-lər vasitəsilə insanların maarifləndirilməsi işinə xüsusi diqqət yetirməliyik. Ümumiyyətlə, məhkəmələrin ədalətli qərarlarından şikayətlərin sayının azaldılması istiqamətində hansı işlər görə biləcəyimiz barədə düşünməliyik”.

Paylaş:
Baxılıb: 320 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30