Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Meksikada ötən 25 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb

Meksikada ötən 25 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb

21.10.2016 [12:40]

Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Mexiko şəhərində ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir təşkil edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Meksika Konqresi Deputatlar Palatasının Meksika-Azərbaycan dostluq qrupunun üzvləri, hakim İnqilabi İnstitusional Partiyasının sədr müavini, Meksika cəmiyyətində böyük nüfuza malik xanım Elsa Espinosa və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Mehriban Səmədova xalqımızın müstəqilliyə gedən yolda qarşılaşdığı maneələri qəhrəmanlıqla dəf etməsindən və ötən 25 il ərzində ölkəmizin keçdiyi bənzərsiz inkişaf yolundan, müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışıb.
Sonra Azərbaycan haqqında videoçarx nümayiş etdirilib.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu problemin aradan qaldırılması üçün dünyanın bütün mütərəqqi qüvvələrinin səylərinin artırılması, həmçinin birləşdirilməsi zərurəti barədə tədbir iştirakçıları ilə diskussiyalar aparılıb.
Sonda müstəqilliyin 25 illiyi münasibətilə tədbir iştirakçılarına ziyafət verilib.
Tədbir başa çatdıqdan sonra müvəqqəti işlər vəkili Mehriban Səmədova Meksikanın “Enlace Judio" yəhudi xəbər portalının jurnalisti Elena Bialostokiyə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar müsahibə verib.
M.Səmədova Şərqin ilk demokratik respublikasının 1918-ci ildə Azərbaycanda qurulduğunu və ölkə ərazisində yaşayan bütün millətlərin zəruri demokratik təsisatlarla təmin edildiyini, lakin bir sıra daxili və xarici faktorların təsiri nəticəsində iki ildən sonra sovet ordusu tərəfindən işğal edilərək Sovet İttifaqının tərkibinə qatıldığını bildirib. O, Azərbaycan xalqının bu tarixi imkanı 1991-ci ildə yenidən əldə etdiyini və müstəqilliyə gedən yolun hamar olmadığını bildirib. M.Səmədova deyib ki, müstəqilliyi əldə etmək çətindir, lakin onun qorunub saxlanılması daha çətindir. O, müstəqilliyimizin dünya birliyi ölkələri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən tanındığını, iki il sonra xarici təcavüzkar və separatçı qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığını, yalnız böyük siyasi təcrübəyə malik Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükənin aradan qalxdığını bildirib.
Müstəqillik illərində Azərbaycanda hansı dəyişikliklərin baş verdiyi ilə bağlı sualı cavablandıran M.Səmədova ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin imzalanmasının və həyata keçirilməsinin, neft kapitalının Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün istifadəsi strategiyasının ölkəmizin sürətli inkişafında böyük rol oynadığını vurğulayıb. O, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin inşası, eyni zamanda, digər iri layihələrin həyata keçirilməsi ilə Azərbaycanda iqtisadi inkişaf dövrünün başlandığını qeyd edib. Vurğulayıb ki, həmin inkişaf kənd təsərrüfatı, metallurgiya, kimya sənayeləri, inşaat məhsulları istehsalı kimi digər sahələri də əhatə edib. Diplomat paralel olaraq təhsil, səhiyyə, mədəniyyət, elm və idman sahələrində də islahatların həyata keçirilməsindən danışıb. Bununla yanaşı, ölkədə geniş infrastruktur layihələrinin həyata keçirildiyi, bölgələrdə yeni aeroport və limanların inşa olunduğu bildirilib.
M.Səmədova Bakının “Eurovision”, Avropa Oyunları və “Formula 1” kimi beynəlxalq yarışlara ev sahibliyi etdiyini deyib. Ölkəmizdə mütəmadi olaraq beynəlxalq, siyasi, humanitar xarakterli toplantıların keçirildiyini bildirib.
Azərbaycandakı multikulturalizm ənənələri barədə məlumat verən diplomat onu da qeyd edib ki, dünyanın bir çox ölkələrində islamofobiyanın, dini dözümsüzlüyün geniş vüsət aldığı bir vaxtda ölkəmiz uzun illər boyu qonaqpərvərliyi, təhlükəsizliyi ilə seçilir. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərin və millətlərin nümayəndələri birgə dinc yaşayırlar.
M.Səmədova multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini deyib. Bildirilib ki, bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan-İsrail əlaqələri barədə sualı cavablandıran M.Səmədova bu əlaqələrin dərin tarixi köklərə əsaslandığını və yüksək səviyyədə olduğunu deyib.
Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən bir ölkə kimi Azərbaycan cəmiyyətində qadının rolu və yeri, xüsusilə ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında jurnalistin sualını cavablandıran müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, birinci xanımın xalqımızın, o cümlədən dünya xalqlarının tarixi-mədəni irslərinin qorunub saxlanılması işinə verdiyi töhfələrdən, xeyriyyəçilik sahəsində, xüsusilə talassemiya və digər xəstəliklərdən əzab çəkən uşaqlara yardım göstərilməsi kimi insanpərvərliyin təcəssümü olan fəaliyyətindən danışıb. M.Səmədova Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə və onun hüdudlarından kənarda tikilmiş məktəb, təhsil, tibb ocaqları, yeni salınmış parklar, Fondun təşkilatçılığı ilə reallaşan yerli, həmçinin beynəlxalq səviyyəli mədəni tədbirlərdən də söhbət açıb.
Fondun və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti barədə eşitdiklərinin onda heyranlıq hissi doğurduğunu gizlətməyən jurnalist Elena Bialostoki müsahibənin sonunda xalqımızı 25 illik yubiley münasibətilə bir daha təbrik edib, Azərbaycana uğurlar və daimi yüksəliş arzulayıb.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30