/ / Çili jurnalisti: Azərbaycanlılar son dərəcə dostsevər, səmimi, sevgi dolu və qayğıkeş insanlardır
Çili jurnalisti: Azərbaycanlılar son dərəcə dostsevər, səmimi, sevgi dolu və qayğıkeş insanlardır
28.10.2016 [15:27]
Çilinin tanınmış jurnalisti, Andres Bello Universitetinin professoru və V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Markos Borkoski Paezin “Cambio 21” qəzetində “Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edir” adlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Çilidə hələ çox tanınmayan bir ölkə olan Azərbaycanın maraqlı tarixi var. Azərbaycanın yaşadığı tarixə nəzər salsaq görərik ki, müstəqil dövlətin 25 illik yubileyinin qeyd olunması çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı əsrlər boyu müxtəlif dövrlərdə ayrı-ayrı imperiya və böyük dövlətlərin tərkibində müstəqillik arzusu ilə yaşayıb.
Müəllif yazır: “Bu il sentyabr ayının sonunda Santyaqodan Azərbaycanın paytaxtı Bakı şəhərinə 20 saatdan çox çəkən uzun bir səyahət etdim və Beynəlxalq Humanitar Forumda iştirak etdim. Mən Azərbaycan haqqında bir az daha öyrənmiş oldum.
Bu ölkə haqqında Çilidə mənə danışmışdılar. Həmçinin paytaxt Bakını və onun sakinlərini dostsevər insanlar olaraq təsvir etmişdilər. Əlbəttə, deyə bilərsiniz ki, xaricdə olarkən həmişə insan öz ölkəsini gözəl ölkə olaraq təsvir edir. Amma deyə bilərəm ki, həm Bakı şəhəri, həm də onun sakinləri olan azərbaycanlılar barədə təsvir edilənlər həqiqətdir, özü də tam mənası ilə bir həqiqət. Bakı gözəl, müasir, işıqlı şəhərdir. Forum ərzində mən fərqli mövzular öyrəndim və müxtəlif sahələrdən tanınmış elm xadimləri, müəllimlər, riyaziyyatçılar, Nobel mükafatçıları və əlbəttə, Amerika, Avropa və Asiyadan olan jurnalistlərlə fikirlərimi bölüşdüm.
Lakin mənim üçün ən əhəmiyyətli təcrübə azərbaycanlıları tanımaq oldu. Azərbaycanlılar son dərəcə dostsevər, səmimi, sevgi dolu və qayğıkeş insanlardır. Mən bu özəllikləri onların hamısında, bütün kateqoriyadan olan insanlarda – məni hava limanında qarşılayan şəxsdə, tədbir yerinə aparan avtobus sürücüsündə və yemək masasında xidmət göstərən insanlarda gördüm. İştirakçılar üçün üzərlərində “Məndən soruş” yaxa kartı olan gənclərdən ibarət komanda təşkil edilmişdi - mükəmməl gənc oğlan və qızlar. Onlar əsasən tələbələrdən ibarət idi və Forum çərçivəsində iştirakçılara kömək edirdilər.
Azərbaycan xalqı qeyri-adi xalqdır və həqiqətən də möhtəşəmdir. Üzlərindən gülüş heç əksik olmur. Belə bir mühitdən zövq almamaq mümkün deyil. Bu təəssürat təkcə məndə yox, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış nitqi ilə öz işinə başlayan Beynəlxalq Humanitar Forumunun hər bir iştirakçısında formalaşmışdı.
Mən bu məqaləni yazmaq istədim. Ona görə ki, bu günlərdə Azərbaycan xalqı bayram qeyd edir və bu bayram qeyd olunduğu tarixə görə çox əhəmiyyətlidir. Azərbaycan müstəqilliyinin bərpasının 25 illik yubileyini qeyd edir. Bu tarix azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyır”.
Jurnalist bildirir ki, Azərbaycanın maraqlı tarixi var. Azərbaycan xalqı əsrlər boyu müxtəlif dövrlərdə ayrı-ayrı imperiya və böyük dövlətlərin tərkibində müstəqillik arzusu ilə yaşayıb. Lakin bu xalq onun milli varlığının əsasını təşkil edən komponentləri, milli adət-ənənə və dəyərlərini, mədəniyyətini qoruyub saxlaya bilib və dünya mədəni irsinə töhfə verib. Müstəqilliyin bərpası azərbaycanlıları vahid bir ideologiya ətrafında toplayıb və beynəlxalq hüququn subyekti olan demokratik, hüquqi və dünyəvi dövlət qurmalarına imkan verib.
Lakin hər şey heç də asan başa gəlməyib. Müstəqillik yolunda ilk addımlarını atarkən ölkə bir tərəfdən Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ münaqişəsi ilə üzləşib, digər tərəfdən siyasi, iqtisadi və sosial böhran yaşayıb.
Məqalədə bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə baxmayaraq, bu gün Azərbaycanın nail olduğu iqtisadi inkişaf səviyyəsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həll edilməsinə nail olmaqdır. Ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi hələ də sülh sazişinə nail olmağa imkan vermir.
“Mən öyrəndim ki, müstəqil Azərbaycan enerji sektorunun inkişafında mühüm irəliləyişə nail olub. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kəmərləri və digər irimiqyaslı strateji layihələr enerji ehtiyatlarını Azərbaycandan dünya bazarlarına daşımaqla yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin edir. Ölkə üzrə sənaye zonalarının açılması, Bakı ilə yanaşı, digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaradıb”, - deyə müəllif qeyd edir.
Məqalə jurnalistin bu fikirləri ilə yekunlaşır: “Mən sizlərə Azərbaycan haqqında bir qədər məlumat verdim. Azərbaycan Çili üçün dünyanın o biri tərəfində yerləşən bir ölkədir. Amma Bakıda olduğum qısa müddətdə mənə göstərilən səmimi, xoş və dost münasibətə görə özümü sanki evimdə hiss etdim. Bilirsiniz? Belə bir ölkəni tanımaq, Bakı kimi bir şəhərə səyahət etmək və insanlarla paylaşmaq tam mənası ilə sonsuz bir səyahətə çevrilir. Kim bilir, bəlkə bir gün Azərbaycana qayıda bildim”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39