Ana səhifə »  Qəzetin pdf formatı »  “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcəkdir
A+   Yenilə  A-
“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcəkdir

Prezident İlham Əliyev dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncamda 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 illiyinin tamam olacağı qeyd edilir. Bildirilir ki, ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 1975-ci ildə “Dədə Qorqud” boylarına həsr olunan ikiseriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə qeyd edilmişdir. 
Sərəncama əsasən, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmışdır.

 
  • Oxunub:  8550  |  
  • Tarix:  29-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Düşünülmüş xarici siyasət kursu Azərbaycanın milli maraqlarının təmin olunması üçün yeni imkanlar yaradıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +29
gecə+22 +24