Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rövnəq Abdullayev: Bu il Azərbaycanda 43,5 milyon ton neft, 9,5 milyard kubmetr qaz hasil edilmişdir

Rövnəq Abdullayev: Bu il Azərbaycanda 43,5 milyon ton neft, 9,5 milyard kubmetr qaz hasil edilmişdir

30.12.2013 [10:22]

Ölkə üzrə neft hasilatı 43,5 milyon ton səviyyəsindədir ki, bu da keçənilki göstəricilərə bərabərdir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev 2013-cü ilin yekunlarına həsr edilmiş tədbirdə demişdir.
R.Abdullayev bildirmişdir ki, qaz hasilatı 29,5 milyard kubmetr olmuşdur. Bu da ötən ilki səviyyədən çoxdur.
“Azneft” İstehsalat Birliyinin neft hasilatını yüksələn xətt üzrə həyata keçirdiyini vurğulayan ARDNŞ prezidenti qazmaçıların da fəaliyyətini müsbət qiymətləndirmişdir. Qazmaçılar tərəfindən 62 quyunun qazıldığını xatırladan R.Abdullayev vurğulamışdır ki, onun 61-də yüksək nəticələr qeydə alınmışdır. Son iki ildə biz 6 yeni qazma qurğusu almışıq ki, bu da quyuların yüksək keyfiyyətlə qazılmasına imkan verir.
Bununla yanaşı, ARDNŞ 2014-cü ildə bütün diqqəti bəzi bölmələrindəki struktur dəyişikliklərinə yönəldəcəkdir. ARDNŞ-in inkişafı və onun dünya səviyyəli şirkət olması strukturun təkmilləşdirilməsini tələb edir. Hazırda Kompleks Qazma İşləri Tresti strukturunun sadələşdirilməsi və təkmilləşdirilməsi üzrə işlər aparılır. Gələn il struktur islahatları üzrə işlər davam etdiriləcək və Geologiya və Geofizika idarələrini, neft kəmərlərini, “Azəriqaz” İstehsalat Birliyini əhatə edəcəkdir.
Struktur islahatlarının aparılması azad işçi qüvvəsinin formalaşdırılmasına gətirib çıxarır. Bu məsələ ixtisara düşmüş işçilərin digər iş yerlərinə yerləşdirilməsi və ya kompensasiya ödənilməsi yolu ilə həll ediləcəkdir.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31