Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Babaoğlu: Fərman daha etibarlı sosial təminat yaratmaqla müavinətlərdən daha effektiv istifadəni mümkün edəcək

Hikmət Babaoğlu: Fərman daha etibarlı sosial təminat yaratmaqla müavinətlərdən daha effektiv istifadəni mümkün edəcək

24.01.2017 [16:08]

Prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb. 
Teleqraf.com xəbər verir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Fərmanla Nazirlər Kabinetinə vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək və Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, habelə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Dövlət Neft Şirkətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək həvalə olunub.
Bəs, bu fərman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin həyatında hansı dəyişikliklərə səbəb olacaq? Fərman bu kateqoriyadan olan soydaşlarımızın sosial güzaranına necə təsir edəcək? 
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanı qaçqın və məcburi köçkünlərin çoxdan gözlədiyi bir fərman idi.
Deputat qeyd edib ki, ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir: “Qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə, vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi. Ona görə də belə mümkün halların olmaması üçün cənab prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün. Düşünürəm ki, bu, Azərbaycanda sosial qayğıya ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır. Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir fərmanla həll edildi. Cənab prezident Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqla nə qədər tamamlandığını bir daha göstərmiş oldu”.
H.Babaoğlu düşünür ki, indiki qayda ilə ödəniş bir sıra məsələləri birdəfəlik həll edib: “Əgər əvvəllər kommunal xərclərin ödənilməsi ilə bağlı müavinət almaq üçün müvafiq qurumlardan arayış tələb olunurdusa, artıq buna ehtiyac qalmayacaq. Digər bir məsələ isə budur ki, yay aylarında bəzi hallarda ayrı-ayrı kommunal xərclər üzrə limit dolmurdu və bu vəsait istifadəsiz qalırdı. Yeni fərmandan sonra isə məcburi köçkünlər aldıqları müavinətin miqdarını əvvəlcədən bildikləri üçün xərclərini də buna uyğun formalaşdıra biləcəklər. Bu isə ailə büdcəsində həm də israfçılığın qarşısını alacaq. Göründüyü kimi imzalanan fərman daha etibarlı sosial təminat yaratmaqla həm də müavinətlərdən daha effektiv istifadəni mümkün edəcək”.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30