Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Xocalı - XX əsrin soyqırımı” kitabı Yaponiyanın Sasakava Sülh Fonduna təqdim edilib

“Xocalı - XX əsrin soyqırımı” kitabı Yaponiyanın Sasakava Sülh Fonduna təqdim edilib

03.03.2017 [10:47]

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi və AZƏRTAC-ın birgə layihəsi əsasında nəşr olunan “Xocalı - XX əsrin soyqırımı” kitabının elektron variantı Yaponiyanın Sasakava Sülh Fonduna təqdim olunub. Eyni zamanda, Azərbaycan Yaponiya Dostluq Mərkəzi tərəfindən kitabda əksini tapan məlumatların yapon dilinə tərcümə olunmuş elektron variantı da fonda verilib.
Kitab haqda məlumat verən AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev bildirib ki, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi barədə obyektiv məlumatlar yer alıb. Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb dillərində mətnlərin və Xocalı faciəsi qurbanlarının siyahısının yer aldığı kitabda qanlı qırğını əks etdirən çoxsaylı fotoşəkillər toplanıb. Kitabın hazırlanmasında məqsəd Dağlıq Qarabağın dinc azərbaycanlı əhalisinə qarşı erməni silahlıları tərəfindən törədilən Xocalı soyqırımını daha geniş coğrafiyada tanıtmaqdır.
Qeyd olunub ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub. Hazırda dünyanın 100-dən artıq nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində dünyanın 15-ə yaxın ölkəsi bu faciəni soyqırımı kimi tanıyıb, ABŞ-ın 20-dən çox ştatı isə bu məsələdə Azərbaycan ilə həmrəyliyini bildirib.
V.Ağayev əmin olduğunu bildirib ki, nəşrə yapon dilində tərcümənin əlavə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Yaponiyanın elmi ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.
Xocalı faciəsi ilə bağlı elektron nəşrə görə Sasakava Sülh Fondunun rəhbərliyinin təşəkkürünü çatdıran fondun baş elmi işçisi, Tokio Universitetinin professoru Akira Matsunaqa bildirib ki, bu addım həqiqətən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Yaponiyada daha geniş yayılmasında mühüm rol oynayacaq. Yaponiyanın tanınmış beyin mərkəzlərindən olan Sasakava Sülh Fondu bu məlumatların yapon elm ictimaiyyətinə çatdırılması üçün lazımi addımlar atacaq.
Fondun təşəbbüsü ilə Yaponiyanın dörd tanınmış universitetinin professorları tərəfindən Azərbaycan haqda yapon dilində yeni kitabın hazırlandığını bildirən A.Matsunaqa bildirib ki, həmin nəşrdə “Xocalı - XX əsrin soyqırımı” kitabındakı məlumatlardan da geniş istifadə olunacaq.

Paylaş:
Baxılıb: 287 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30