Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Misirli diplomata “ADA” Universitetinin fəxri doktoru adı verilib

Misirli diplomata “ADA” Universitetinin fəxri doktoru adı verilib

15.03.2017 [14:16]

Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmir Musaya “ADA” Universitetinin fəxri doktoru adı verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 15-də “ADA” Universitetində görüş keçirilib.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev elmi şuranın qərarı ilə bu ali məktəbin fəxri doktoru diplomunu qonağa təqdim edib.
Hafiz Paşayev Əmir Musanın hər zaman siyasi fəaliyyətində sülh və əmin-amanlığın tərəfdarı olduğunu söyləyib. Qonağın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu qeyd edib.
H.Paşayev bu cür görüşlərin iki ölkənin ali təhsil ocaqları arasında elm, təhsil sahələrində münasibətlərin gücləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rektor “ADA” Universiteti ilə Misirin ali təhsil müəssisələri, həmçinin bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlığın genişləndiyini qeyd edib. Bildirilib ki, “ADA” Universiteti bu ölkənin bir neçə aparıcı universiteti ilə müqavilə imzalayıb.
Görüşdə Əmir Musa çıxış edərək Azərbaycana gəlməsindən məmnunluğunu ifadə edib. Fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirən Əmir Musa Azərbaycanda təhsilə göstərilən dövlət qayğısının qürurverici olduğunu bildirib.
Diplomat tədbir iştirakçıları ilə siyasi təcrübəsini bölüşüb.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30