Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fransalı alimlər: Quba məzarlığı erməni millətçilərinin iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir

Fransalı alimlər: Quba məzarlığı erməni millətçilərinin iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir

31.03.2017 [16:12]

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun dəvəti ilə Bakıda səfərdə olan Fransanın Sofia-Antipolis Universitetinin bir qrup alimi - professorlar Kristian Vallar, Ksavye Latur, Poline Türk və Klodin Terrazzoni-Biblok martın 31-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Fəlsəfə İnstitutundan məlumat verilib.
İnstitutun direktoru, professor İlham Məmmədzadə qonaqlara 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb. Qeyd edib ki, Quba, eləcə də digər ərazilərdə törədilən soyqırımı ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verir.
İ.Məmmədzadə bildirib ki, Quba soyqırımı məzarlığı 2007-ci ildə ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bu kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Burada yüzlərlə günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Fransalı alimlər gördükləri mənzərədən dəhşətə gəldiklərini bildirirərək qeyd ediblər ki, bu məzarlıq erməni millətçilərinin iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.

Paylaş:
Baxılıb: 311 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30