Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır

Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır

20.06.2017 [17:55]

Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-də Çinin “Çendu Beynəlxalq Dəmir Yolu” MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib.
C.Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Görüşdə, həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.
“Çendu Beynəlxalq Dəmir Yolu” MMC-nin baş direktor müavini Zhahg Jing Çin məhsullarının Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlı olduqlarını bildirib.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31