Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

02.10.2017 [14:05]

Oktyabrın 2-də Milli Məclisin plenar iclasında 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında parlament qərarının layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının qanunvericilik işləri planının hazırlandığını və bu planın parlamentin 15 komitəsində keçirilən müzakirələr nəticəsində plenar sessiyaya təklif edilən məsələlər olduğunu bildirib.
Oqtay Əsədov, həmçinin Milli Məclisin 2017-ci il yay və növbədənkənar sessiyalarının uğurla başa çatdığını vurğulayıb. Bildirib ki, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür. Bu təşkilatlarda Azərbaycan parlamentinin üzvləri çox fəal iştirak ediblər. Parlamentin yay və növbədənkənar sessiyaları dövründə 33 ölkəyə 90-dan çox nümayəndə heyəti göndərilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Deputatlar Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbiri keçirilib.
Deputatlar Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında müzakirələr apararaq fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30