Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfərə gedir

20.11.2017 [12:40]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil edəcəyi “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzusunda konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının institut rəhbərləri, din xadimlərindən ibarət geniştərkibli nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edən beynəlxalq tədbirdə ölkəmizi QMİ sədri ilə bərabər ənənəvi dini konfessiyaların başçıları — Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburq şəhərinin rəhbərliyi, tanınmış ictimai-siyasi, elm və din xadimləri ilə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31