Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Roma şəhərinin meri Azərbaycanın son illərdə qazandığı uğurlar barədə məlumatlandırılıb

Roma şəhərinin meri Azərbaycanın son illərdə qazandığı uğurlar barədə məlumatlandırılıb

07.12.2017 [12:00]

Roma şəhərinin meri xanım Virginia Raggi Azərbaycanın son illərdə qazandığı uğurlar barədə məlumatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarovanın mer Virginia Raggi ilə görüşündə İtaliya ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib.
Sahibə Qafarova son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb, Bakının yerləşdiyi regionun və qitənin çox önəmli mərkəzlərindən birinə çevrildiyini söyləyib. Azərbaycan paytaxtının siyasi, mədəni, idman sahələrində mühüm tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan deputat bildirib ki, “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, bu il isə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyəli təşkilatçılığı bütün iştirakçı dövlətlərin nümayəndələri tərəfindən xüsusi vurğulanıb. Həmçinin Qlobal Bakı Forumu, humanitar forumlar dünyada dinlər və mədəniyyətlər arasında əməkdaşlığın genişlənməsinə, sülh və təhlükəsizliyin güclənməsinə mühüm töhfələr verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı, həmçinin Təhsil və Peşə Sistemləri Departamentinin rəhbəri Raffaele Ciambrone, Ali Təhsil və Tədqiqat Departamentinin rəhbəri Domeniko De Martinis və İtaliya Təhsil Nazirliyinin məsləhətçisi Silvia Martuscielli ilə olub. Görüşlərdə İtaliyada miqrantların təhsil məsələləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30