Vyanada ATƏT-in Nazirlər Şurasının illik iclası keçirilir
07.12.2017 [15:18]
Dekabrın 7-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu il ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun dəvəti ilə baş tutan ikigünlük toplantıda ATƏT məkanı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.
İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasın açılışında çıxış edən hazırkı sədr Sebastian Kurts ATƏT-in son bir ildəki fəaliyyətinə nəzər salıb. O, ATƏT məkanındakı münaqişə və böhranların aradan qaldırılmasında görülən işlərə toxunaraq, bəzi böhran regionlarında əldə olunan bir sıra irəliləyişləri ən azından yerli əhalinin həyatını yaxşılaşdırmağa xidmət edən addımlar kimi səciyyələndirib. S.Kurts radikallaşmaya və ekstremizmə qarşı ATƏT-in iştirakçı ölkələrinin birgə mübarizə aparmalı olduğunu qeyd edərək, heç bir dövlətin terror təhlükəsinə qarşı sığortalanmadığını deyib və təhlükəsizliyin gücləndirilməsi üçün üzv ölkələri daha sıx əməkdaşlığa çağırıb. O, eyni zamanda, bu il təşkilatda kadr dəyişiklikləri ilə bağlı əldə olunan razılaşmanı yüksək qiymətləndirib və ATƏT dövlətlərinin konsensus əsasında mühüm qərarlar qəbul edəcəyinə ümidvar olduğunu bildirib. Çıxışının sonunda S.Kurts gələn il təşkilata sədrlik edəcək italiyalı həmkarına uğurlar arzulayıb.
ATƏT-in baş katibi Tomas Qreminger ATƏT-in dünyada təhlükəsizlik üzrə ən geniş ərazini əhatə edən təşkilat olduğunu qeyd edib, bu məkanda qarşılıqlı etimad tədbirlərinin və təhlükəsizlik üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini ifadə edib. “Təhlükəsizlik etimaddan başlayır, etimad isə dialoqdan”, - deyən baş katib bu devizin Helsinki prosesini irəli aparan əsas impuls olduğunu vurğulayıb və məhz buna görə də qarşılıqlı inam və etimadın yenidən canlandırılmasının vacibliyini qeyd edib. O, iştirakçı dövlətləri ATƏT-in prinsip və öhdəliklərinə sadiq qalaraq, əsl dialoq və əməkdaşlıq üçün çalışmağa çağırıb.
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli çıxışında ATƏT məkanındakı münaqişələrin böyük narahatlıq doğurduğunu qeyd edib. Özünün də münaqişədən əziyyət çəkən bir ölkəni təmsil etdiyini diqqətə çatdıran G.Tsereteli Dağlıq Qarabağ regionunda döyüşlərin intensivləşməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunub. O, Rusiyanın bu münaqişənin bütün tərəflər üçün qəbul olunan həllinin tapılmasına dəstək göstərəcəyini vurğulayıb və münaqişənin həlli ilə bağlı prinsiplərin Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunduğunu diqqətə çatdırıb.
ATƏT Nazirlər Şurasının iclasında cari mövzuların müzakirəsi ilə yanaşı, gələcək fəaliyyətə dair məsələlərə də baxılacaq. Nazirlər Şurasının iclası dekabrın 8-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07
Sosial
18 Aprel 14:06
Xəbər lenti
18 Aprel 13:55
Siyasət
18 Aprel 13:43
Xəbər lenti
18 Aprel 13:32
Xəbər lenti
18 Aprel 13:14
Xəbər lenti
18 Aprel 13:13
Dünya
18 Aprel 12:45
Sosial
18 Aprel 12:40
Xəbər lenti
18 Aprel 12:27
Xəbər lenti
18 Aprel 12:15
Xəbər lenti
18 Aprel 12:14
Xəbər lenti
18 Aprel 12:10
Xəbər lenti
18 Aprel 11:51
Dünya
18 Aprel 11:43
Xəbər lenti
18 Aprel 11:41
Xəbər lenti
18 Aprel 11:38
Xəbər lenti
18 Aprel 11:12
Xəbər lenti
18 Aprel 11:02
Mədəniyyət
18 Aprel 10:56
Xəbər lenti
18 Aprel 10:49
İqtisadiyyat
18 Aprel 10:44
Xəbər lenti
18 Aprel 10:40
MEDİA
18 Aprel 10:38
Siyasət
18 Aprel 10:34
Siyasət
18 Aprel 10:32
Siyasət
18 Aprel 10:21
Gündəm
18 Aprel 10:11
Gündəm
18 Aprel 10:00
Siyasət
18 Aprel 09:57
Xəbər lenti
18 Aprel 09:50
Müsahibə
18 Aprel 09:45
Xəbər lenti
18 Aprel 09:38
Xəbər lenti
18 Aprel 09:31
Xəbər lenti
18 Aprel 09:30
Xəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26