Ana səhifə »  Qəzetin pdf formatı »  Ümummilli lider Heydər Əliyevin xatirəsi Hərbi Prokurorluqda anılıb
A+   Yenilə  A-
Ümummilli lider Heydər Əliyevin xatirəsi Hərbi Prokurorluqda anılıb

Dekabrın 11-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi təşkil edilib.
Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanıb.
Bildirilib ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Bugünkü müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu məhz həmin dövrdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş bünövrə üzərində qurulub və bu gün də uğurla davam etdirilir.
Xanlar Vəliyev xüsusilə vurğulayıb ki, dahi lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya gələrək müstəqilliyimiz tarixində böyük bir faciənin qarşısını almış oldu. Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, respublikamızın cənub və şimal-şərqində separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin etmək məqsədilə cəbhədə atəşkəsə nail olundu. Heydər Əliyevin yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi” imzalanmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yeri müəyyənləşdi.
Respublikamızın müstəqillik tarixinə nəzər salan X.Vəliyev müstəqillik illərində əldə edilmiş uğurların ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, müstəqilliyin qorunub saxlanmasında Ümummilli Liderin xidmətlərinin əvəzsizliyini vurğulayaraq, ərazi baxımından kiçik bir dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu, Heydər Əliyevin fəaliyyətinin də, şəxsiyyətinin də müasir Azərbaycanın müstəqillik tarixinin ayrılmaz bir hissəsini təşkil etdiyini qeyd edib. Hərbi prokuror xalqımızın Ulu Öndərin yoluna sadiqliyi və bu gün həmin yolun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətə tam dəstək verməsinin, iqtidarla xalqın vəhdətinin formalaşmasının ölkəmizin əldə etdiyi və gələcəkdə qazanacağı uğurların təməlini təşkil etdiyini söyləyib. O, xalqımızın Heydər Əliyev yoluna, bu yolu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən Prezident İlham Əliyevə inamının əbədi və dönməz olduğunu bildirib.
X.Vəliyev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün dövlət qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırıldığını, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını, Azərbaycanda reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarının müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin dövlət səviyyəsində prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gündəlik diqqət və qayğısı nəticəsində Azərbaycan Prokurorluğunun digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətinin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi mümkün olub. Çıxışda digər hüquq mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivinin də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etdiyi vurğulanıb.
Ölkəmizdə aparılan ordu quruculuğu məsələlərinə toxunan X.Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün etibarlı qorunmasının təmin edilməsində onun güclü orduya qadir olmasını hələ sovet hakimiyyəti dövründə görən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin nəticəsi olaraq 1971-ci ildə ali hərbi məktəbləri ixtisaslı kadr korpusu ilə təmin edən Cəmşid Naxçıvanski adına hərbi lisey təsis edilib. Siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndərin ölkə Prezidenti və Ali Baş Komandan kimi gördüyü qətiyyətli tədbirlər nəticəsində qısa zaman kəsiyində respublikamızın təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi konstitusion məqsədlərlə yaradılmış və dövlətin ən mühüm milli atributlarından olan Silahlı Qüvvələrimiz tamamilə yenidən qurularaq müasir tipli, qüdrətli, yüksək döyüş qabiliyyətli və regionda ən güclü orduya çevrilib.
X.Vəliyev çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizdə ordu quruculuğunu daim diqqət mərkəzində saxlaması nəticəsində ordunun maddi-texniki bazasının möhkəmləndirildiyini, onun yeni və müasir silahlarla təchiz olunması məsələlərinə daim qayğı göstərildiyini, bunun da nəticəsi olaraq bu gün Azərbaycan ordusunun Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilərək Ali Baş Komandanın əmri ilə hər an torpaqlarını düşməndən azad etmək qüdrətinə malik olduğunu bildirib.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əldə olunmuş nailiyyətlərdən söhbət açan X.Vəliyev bu nailiyyətlərin qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb. Qeyd edib ki, Mehriban xanım Əliyevanın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, xalqımızın maddi rifahının yaxşılaşdırılması, dövlətçiliyimizin beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində gərgin, yorulmaz və dəyərli ictimai-siyasi fəaliyyəti bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına öz layiqli töhfəsini verməklə yanaşı, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayıb. Görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə gördüyü işlərin, həmçinin Ulu Öndərin siyasi irsinin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu əvəzsizdir.
Çıxışının sonunda Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında bu kursun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak etməklə uğurlu siyasəti daim dəstəkləyəcək.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  11-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17:57
17 Yanvar
“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər
17:52
17 Yanvar
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
17:37
17 Yanvar
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib
17:26
17 Yanvar
Hikmət Babaoğlu: Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır
17:18
17 Yanvar
Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir
17:16
17 Yanvar
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 42,7 milyon ton neft nəlq olunub
17:13
17 Yanvar
İsa Həbibbəyli: Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi
17:04
17 Yanvar
XİN: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək
16:52
17 Yanvar
Dini ekstremizmə qarşı mübarizəyə dair tədbirlər planı təsdiqlənib
16:50
17 Yanvar
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
16:49
17 Yanvar
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
16:30
17 Yanvar
Böyük Britaniya Azərbaycanda energetika layihələrinə dəstəyini davam etdirəcək
16:13
17 Yanvar
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
16:01
17 Yanvar
Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
15:53
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında hər iki ölkənin parlamentləri vacib rol oynayır
15:46
17 Yanvar
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib
15:19
17 Yanvar
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb
15:14
17 Yanvar
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
15:08
17 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb
14:42
17 Yanvar
Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir
14:39
17 Yanvar
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
14:36
17 Yanvar
Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər
14:32
17 Yanvar
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14:30
17 Yanvar
Keçən ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:26
17 Yanvar
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:22
17 Yanvar
Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
14:19
17 Yanvar
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib
14:15
17 Yanvar
Əlahiddə Ümumqoşun Ordusunda komandirlərin toplantısı keçirilir
14:13
17 Yanvar
20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
14:10
17 Yanvar
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 148 milyon dollara yaxın olub
14:06
17 Yanvar
Daxili Qoşunların 2017-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
14:02
17 Yanvar
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq
12:56
17 Yanvar
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
12:44
17 Yanvar
BİLGESAM Mərkəzinin saytında Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən məqalə verilib
12:35
17 Yanvar
Sabah paytaxtda 7, bəzi bölgələrdə 9 dərəcə isti olacaq
12:34
17 Yanvar
Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb
12:30
17 Yanvar
Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək
12:27
17 Yanvar
BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır
12:24
17 Yanvar
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır
12:15
17 Yanvar
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
12:00
17 Yanvar
Türkiyə parlamentinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:57
17 Yanvar
Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün unudulmaz anları
11:50
17 Yanvar
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
11:48
17 Yanvar
Tibb Universitetində 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir
11:34
17 Yanvar
Ukrayna portalında “Qanlı Yanvar: Biz bütün həqiqətləri bilməliyik” sərlövhəli məqalə yayılıb
11:33
17 Yanvar
Bakıda Maliyyə Forumu keçirəcək
11:11
17 Yanvar
Bakı Ali Neft Məktəbi “Ernst&Young” şirkəti ilə əməkdaşlığa başlayır
10:58
17 Yanvar
Kamran Əliyev: Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 7809 ərizə və şikayət daxil olub
10:51
17 Yanvar
Azərbaycanda tərəvəz və kartof toxumçuluğu işi israilli mütəxəssislərin layihəsi əsasında yenidən qurulur
10:50
17 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
10:28
17 Yanvar
Azərbaycanın və Fransanın xarici işlər nazirlərinin görüşü olub
10:25
17 Yanvar
Xanhüseyn Kazımlı: Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir
10:13
17 Yanvar
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
20:35
16 Yanvar
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
20:01
16 Yanvar
Gürcüstanda keçirilən qış hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edirlər
19:54
16 Yanvar
“Azerspace-2” peykinin hazırlıq mərhələsindən ən son görüntülər əldə olunub
19:32
16 Yanvar
Formula-1 Azərbaycan Qran-Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
19:09
16 Yanvar
“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
18:51
16 Yanvar
“YARAT” uşaqları növbəti dəfə sevindirəcək
18:27
16 Yanvar
Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın xarici işlər nazirinə təqdim edib
18:06
16 Yanvar
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb
17:50
16 Yanvar
Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əlaqələrin inkişafı müzakirə olunub
17:37
16 Yanvar
Nəsimi rayonunda şəhidlərin xatirə guşəsi açılıb
17:33
16 Yanvar
UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər
17:24
16 Yanvar
Dövlət Komitəsində görüş olub
17:21
16 Yanvar
BDU məzunlarına Vürçburq Universitetinin diplomları təqdim edilib
17:19
16 Yanvar
“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib
17:17
16 Yanvar
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
16:43
16 Yanvar
Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA