Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Babaoğlu: Bu cür əməllərin qarşısı dərhal alınmalıdır

Hikmət Babaoğlu: Bu cür əməllərin qarşısı dərhal alınmalıdır

11.12.2017 [20:33]

“Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin birdə-birə Rusiyada peyda olmaları və antiazərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri təkcə Azərbaycana deyil, həm də elə Rusiyaya xəyanətdir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hazırkı beynəlxalq münasibətlərin reallığı ondan ibarətdir ki, heç bir müstəqil dövlət ayrı-ayrılıqda öz milli təhlükəsizliyini tam təmin etmək gücündə deyil, ona görə də milli maraqları qorumaq naminə mütləq etibarlı tərəfdaşlar və onlarla ciddi strateji əməkdaşlığa ehtiyac var: “Rusiya-Azərbaycan münasibətləri həm tarixi nöqteyi-nəzərdən, həm də regionumuzda və dünyada baş verən son hərbi-siyasi hadisələr nöqteyi-nəzərindən illərin sınağından çıxmış etibarli və qarşılıqlı maraqlara əsaslanan münasibətlər olub. Çox təəssüf ki, son dövrlər bəzi qüvvələr bu münasibətlərə kölgə salmaq üçün ən müxtəlif tədbirlərə və vasitələrə əl atırlar. Bəzən bunu birbaşa, bəzən isə Rusiyanın dövlət strukturlarına sızmış ayrı-ayrı şəxslərin əli ilə həyata keçirməyə çalışırlar. Ən pisi isə odur ki, mütəmadi olaraq ardıclı şəkildə bu cəhdlər edilir. Elə bu günlərdə öz xalqına xəyanət edərək erməni şər maşının ruporuna çevrilən Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin birdə-birə Rusiyada peyda olmaları və antiazərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri təkcə Azərbaycana deyil, həm də elə Rusiyaya xəyanətdir. Çünki bir dəfə xəyanət edən, həm də öz doğma vətəninə xəyanət edən, sabah Rusiyaya da asanlıqla xəyanət edəcək. Ona görə də bu cür əməllərin qarşısı dərhal alınmalıdır. Bir halda ki, biz Rusiya-Azərbaycan əlaqələrindən danışarkən onu strateji əməkdaşlıq adlandırırıq, bir halda ki, təkcə biz yox, həm də Rusiya siyasətçiləri Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiklərini hər fürsətdə qeyd edirlər, o zaman qarşılıqlı maraqların qorunmasına da xüsusi diqqət yetirilməlidir. Satqınlar və onların arxalarında duranlar ifşa olunmalıdır. Düşünürəm ki, sonda elə belə də olacaq”.

Paylaş:
Baxılıb: 394 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30