Ana səhifə »  Qəzetin pdf formatı »  Xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər
A+   Yenilə  A-
Xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər

Tərtərdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi və ermənilərin Qarabağa İrandan köçürüldüyünü sübut edən “Marağa–150” abidəsi ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabrın 11-də Tərtər rayonuna səfərini təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə gəliblər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması istiqamətində son illər mühüm tədbirlər görülüb. Bu yaşayış kompleksi son 16 ildə Azərbaycanda məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. İndiyədək 53 min ailə - 260 min nəfərə yaxın qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu yaşayış kompleksi 50 hektar torpaq sahəsində inşa edilib. Burada dördmərtəbəli 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib. Elektrik, su, qaz, istilik təchizatı və bütün digər zəruri infrastrukturla təmin olunmuş kompleksə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın və digər rayonlardan olan məcburi köçkünlər yerləşdiriləcək. Yaşayış kompleksinin tikintisi 1992-ci ildə işğaldan azad olunmuş ərazidə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.

İsveç və Niderland səfirliklərinin nümayəndələrinin yaşayış kompleksi və buraya köçürüləcək insanların məşğulluğu ilə bağlı suallarını cavablandıran Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərə xidmət sahəsində təcrübəsi dünyaya nümunə olan bir modeldir. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayanda 7 milyon əhalinin bir milyonu qaçqın və məcburi köçkünə çevrilmişdi. İndi onların sayı 1,2 milyona çatıb. Ötən 25 ildə məcburi köçkünlərlə hökumət arasında heç bir narazılıq baş verməyib. Bu, idarəetmənin düzgün təşkili sayəsində mümkün olub. Qaçqın və məcburi köçkünlərlə bağlı siyasətin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev onu daha da təkmilləşdirib.

“Yaşayış kompleksindəki 1170 mənzilə altı min məcburi köçkün yerləşdiriləcək. 50 hektar ərazinin 27 hektarında şəhərcik tikilib, 23 hektarı isə bura köçəcək ailələrə paylanılmaq üçün saxlanılıb. Kompleksə yerləşəcək məcburi köçkünlər əsasən heyvandarlıqla məşğuldurlar və 23 hektar ərazi onların arasında bölünəcək, onlar burada mal-qara saxlaya biləcəklər. Məcburi köçkünlərin bir hissəsi məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi və ATS-də işlə təmin olunacaqlar. Bir qismi isə artıq Tərtər rayonunda işlə təmin edilib. Hesab edirik ki, burada işsizlik problemi olmayacaq”, – deyə Əli Həsənov bildirib.

Diplomatlar və KİV nümayəndələri sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar.

Baş nazirin müavini Əli Həsənov məlumat verib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Bu abidə, tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Səfərdə 60-dan çox ölkənin səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Onlar səfər zamanı bir çox məlumatlar əldə ediblər. Söhbət zamanı bildirirlər ki, Azərbaycan hökumətinin siyasətinin əsasında insan amili durur. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.

Diplomatların bir neçəsi səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Niderland səfiri Onno Kervers: “Biz burada gördüklərimizdən çox məmnunuq. Əminik ki, məcburi köçkünlər burada rahat həyat yaşayacaqlar”.

Fransa səfiri Orelia Buşez: “Burada gördüklərim, tikilən binalar məndə xoş təəssürat oyatdı. Bunlar məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yüksək səviyyədə görülmüş işlərdir. Hər bir fəaliyyətin əsasında insan amili dayanmalıdır və biz onu burada gördük. Burada yaşayacaq insanlara xoşbəxtlik, firavanlıq arzulayıram. Hər bir icmanın inkişafı üçün davamlı sülhün və sabitliyin olması çox vacibdir. Fransa ATƏT-in həmsədrlərindən biri kimi, münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

ABŞ-dan olan keçmiş diplomat Ceyms Koyle: “Beş ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tədqiqi ilə məşğulam. Münaqişə ilə əlaqədar fundamental kitab da yazmışam. Bu səfər mənim üçün önəmli bir fürsətdir ki, tədqiqatçı kimi hadisələrlə yerində tanış olum. Azərbaycan hökuməti tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün yaradılan bu şərait inanılmazdır.

Beynəlxalq hüququn münaqişənin həlli ilə əlaqədar norma və prinsipləri artıq məlumdur. BMT nizamnaməsinə əsasən bu prinsiplər çox düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə əməl edilməlidir. Xalqların öz müqəddəratını təyin etməsinə gəlincə, bu, ilk növbədə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız bu prinsiplər əsasında mümkündür”.

 
  • Oxunub:  3420  |  
  • Tarix:  11-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

20:49
17 Oktyabr
Bakıda Türkmənistanın milli bayramı qeyd edilib
20:45
17 Oktyabr
Dan-Viqqo Berqtun: Azərbaycanda dövləti veteranlara yüksək diqqət və qayğı göstərir
20:41
17 Oktyabr
ADA Universitetində Azərbaycanın Baltikyanı dövlətlərlə əməkdaşlığına həsr edilən tədbir keçirilib
20:35
17 Oktyabr
QDİƏT PA-nın iclasında Azərbaycanın həmkarlar ittifaqlarının fəaliyyətindən danışılıb
20:31
17 Oktyabr
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olunub
20:29
17 Oktyabr
Cəlil Xəlilov: beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq
20:20
17 Oktyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsində ölkəmizdə DOST sisteminin qurulması ilə bağlı dinləmə keçirilib
20:17
17 Oktyabr
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
20:03
17 Oktyabr
Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti
20:01
17 Oktyabr
Çində keçirilən İpək Yolu Biznes Sammitində Bakı Limanı barədə məlumat verilib
17:54
17 Oktyabr
Bakıda “Milli müstəqilliyimiz-mənəvi gücümüz” mövzusunda konfrans keçirilib
17:51
17 Oktyabr
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
17:43
17 Oktyabr
XİN: Dövlət Dumasının üzvünün Dağlıq Qarabağa qanunsuz səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır
17:38
17 Oktyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyevin siyasətinin əsasında xalqın maraqları, dövlətin mənafeyi, əhalinin sosial müdafiəsi dayanır
17:36
17 Oktyabr
İstanbul Əsgəri Muzeyində qorunan Şirvanşahlar dövlətinə aid hərbi geyim və silahlar Azərbaycana gətirilib
17:29
17 Oktyabr
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17:26
17 Oktyabr
Tahir Mirkişili: Bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahibdir
17:21
17 Oktyabr
Hikmət Babaoğlu: “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir
17:20
17 Oktyabr
Xarici KİV-lər “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsini yaymaqda davam edir
17:05
17 Oktyabr
Şəmkirdə ötən doqquz ayın yekunları müzakirə olunub
17:00
17 Oktyabr
Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması diqqət mərkəzindədir
16:51
17 Oktyabr
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz?” nominasiyasının qalibi olub
16:44
17 Oktyabr
Tahir Rzayev: Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlaması mühüm əhəmiyyətə malikdir
16:42
17 Oktyabr
Seyfəddin Talıbov: Aqrar sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir
16:39
17 Oktyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirilib
16:36
17 Oktyabr
Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub
16:30
17 Oktyabr
Nikolay Qolovatıy: Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib
16:23
17 Oktyabr
Altınay Omurbekova: Azərbaycanın inkişafı ilə qürur duyuruq
16:11
17 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:45
17 Oktyabr
Hava Hücumundan Müdafiə bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını yerinə yetiriblər
15:36
17 Oktyabr
Aqiyə Naxçıvanlı: Uşaqların zərərli informasiyalardan qorunması vacib məsələdir
15:28
17 Oktyabr
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub
15:25
17 Oktyabr
Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
15:24
17 Oktyabr
Latviya Yerli İcra Orqanları İttifaqının sədri: Azərbaycan məhsulları ölkəmizdə yaxşı tanınır
15:23
17 Oktyabr
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
15:11
17 Oktyabr
Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanılıb
15:08
17 Oktyabr
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
15:03
17 Oktyabr
Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil
15:01
17 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib
14:57
17 Oktyabr
Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
14:53
17 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra təmin edilib
14:51
17 Oktyabr
İordaniyalı senator: Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır
14:49
17 Oktyabr
“Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub
14:43
17 Oktyabr
BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub
14:42
17 Oktyabr
Fransa portalı Nəsimi festivalından yazıb
14:39
17 Oktyabr
Ekspert: Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır
14:34
17 Oktyabr
Dünya Ərzaq Günü 2018
14:32
17 Oktyabr
Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
14:30
17 Oktyabr
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
14:27
17 Oktyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub
14:22
17 Oktyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşları qəbul edib
14:18
17 Oktyabr
Aydın Hüseynov: Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək nəticələr əldə etməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların real nəticəsidir
14:16
17 Oktyabr
Müstəqillik milli sərvətimizdir
12:58
17 Oktyabr
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
12:56
17 Oktyabr
Mingəçevirdə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib
12:50
17 Oktyabr
Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olunub
12:41
17 Oktyabr
Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək
12:37
17 Oktyabr
Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub
12:25
17 Oktyabr
Bu il Azərbaycana 193 ölkədən 2,2 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
12:04
17 Oktyabr
Rauf Əliyev: Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir
11:55
17 Oktyabr
Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub
11:54
17 Oktyabr
MDBMİ-də Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbir keçirilib
11:52
17 Oktyabr
ADU-da “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda müzakirələr aparılıb
11:50
17 Oktyabr
Azərbaycanın energetika naziri Çində səfərdədir
11:47
17 Oktyabr
ABŞ-da keçirilən simpoziumda Qafqaz dağ-meşə xoruzlarının Azərbaycandakı vəziyyətindən danışılıb
11:44
17 Oktyabr
Azərbaycan tingçiliyində yeni dövr: bir tumurcuqdan 105-107 ting alınacaq
11:41
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb
11:28
17 Oktyabr
BANM-də Prezident təqaüdçüləri ilə görüş
11:27
17 Oktyabr
AQTA əməkdaşları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb
11:06
17 Oktyabr
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+12 +15