Ana səhifə »  Qəzetin pdf formatı »  BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib
A+   Yenilə  A-
BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının “Sülh və Təhlükəsizlik” mövzusunda keçirilən panel müzakirələrinə qatılıb.

BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə GUAM ölkələrində münaqişələrin alovlanmasında sülh və təhlükəsizlik amilləri, münaqişələr zamanı humanitar böhranın aradan qaldırılması, münaqişələrin həllində qarşılıqlı etimad, sülh və dayanıqlı inkişaf kimi məsələlər diqqətə çatdırılıb.

Umud Mirzəyev və tədbirdə iştirak edən BAMF nümayəndələri Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı məsələləri və ölkəmizin mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırıblar.

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin rəhbəri Mark Andre Dorel ilə keçirilən görüşdə BAMF-ın bu illər ərzində gördüyü işlər, Fondun Şuranın dünyada tanınmasına verdiyi töhfə yüksək qiymətləndirilib. M.Andre Dorel bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib. O, BAMF-ı BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin 2019-cu ildə təşkil edəcəyi ən yüksək statuslu Liderlər Forumuna qatılmağa, eyni zamanda, forumun işinə ayrıca töhfə verməyə dəvət edib. BAMF–ın bu forumda xüsusi təqdimatla çıxışının əhəmiyyətinə toxunan M.Dorel təşkilatın beynəlxalq təcrübəsinin bütün üzvlərə ciddi faydalar gətirəcəyinə, Şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar açacağına inandığını bildirib.

Görüşdə BAMF prezidenti Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və dövlətin oynadığı vacib rol barədə Mark Andre Dorelə ətraflı məlumat verib. Fikir mübadiləsi zamanı ECOSOC-un QHT bölməsi ilə birgə fəaliyyətin zəruriliyindən söhbət açılıb. Həmçinin BMT-in Baş Assambleyası kimi yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti qeyd edilib, gələcək əməkdaşlığın imkanları geniş müzakirə olunub. U.Mirzəyev bu yaxınlarda BAMF-ın təşkilatçılığı ilə Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı etdikləri “BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda tədbiri xatırladıb. Bildirib ki, BAMF-ın ofisində baş tutan tədbirdə Azərbaycandan olan vətəndaş cəmiyyəti təşkilatlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Bu görüş həm yerli QHT-lər, həm də BMT-ın Bakıdakı nümayəndəliyi tərəfindən müsbət qarşılanıb.

Umud Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərər çəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu meyil olub.

Bununla yanaşı, BAMF-ın prezidenti dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşmasının və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

BMT-yə səfər çərçivəsində BAMF nümayəndələri İnsan Haqları Bəyannaməsinin elan olunmasının 70 illiyinə həsr olunmuş tədbirə də qatılıblar.

Tədbirdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak, BMT-nin Miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Louis Arbor və digərləri bu gün dünyada insan haqlarının pozulmasının bəşəriyyətin üz-üzə qaldığı ən ağrılı problem olduğunu qeyd ediblər. Çıxışçılar insan haqlarının pozulmasına səbəb olan müharibələrin heç zaman qələbə ilə yekunlaşmadığını ifadə ediblər.

Tədbir çərçivəsində BMT İnsan Haqları Komissiyasının keçmiş komissarı, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Navi Pilay ilə görüşən Umud Mirzəyev insan haqları ilə bağlı durumun yaxşılaşdırılması üçün zəruri olan tədbirlərdən və bu sahədə Azərbaycanın təşəbbüslərindən söz açıb. Xanım Navi Pilay gənc ölkələrin bu sahədə əzmlə fəaliyyət göstərməli olduqlarını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində müsbət mövqeyini qeyd edib.

Daha sonra Umud Mirzəyev BMT Sosial-İqtisadi Şurasının baş komissarı Hu Vonqbo və BMT-nin Afrika üzrə xoşməramlı səfiri, Yeni Gələcək Fondunun prezidenti Delois Blakely ilə görüşüb. Xanım Delois Blakely BAMF-ın fəaliyyəti ilə tanış olduğunu, görülən işləri yüksək dəyərləndirdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi BAMF-ın BMT-nin 72-ci sessiyasının müzakirələrində iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  13-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib
16:50
18 Dekabr
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
15:53
18 Dekabr
Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
15:50
18 Dekabr
Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub
15:31
18 Dekabr
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür
15:25
18 Dekabr
Ölkə üzrə pambıq tədarükü 228 min tonu ötüb
15:21
18 Dekabr
Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir
15:18
18 Dekabr
Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
15:08
18 Dekabr
Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb
15:00
18 Dekabr
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
16:56
17 Dekabr
Əli Həsənov: Bu tipli mübarizə nə mənim rəsmi statusuma, nə də mənəvi-əxlaqi keyfiyyətlərimə uyğundur
16:30
17 Dekabr
ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib
16:17
17 Dekabr
Ali Baş komandan: Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir
16:10
17 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
16:06
17 Dekabr
Prezident: Gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
16:00
17 Dekabr
Azərbaycan və İran gömrükçüləri arasında bir sıra məsələlər müzakirə edilib
15:52
17 Dekabr
Azərbaycan Prezidenti: Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib
15:48
17 Dekabr
“Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6