Ana səhifə »  Qəzetin pdf formatı »  Şərqin ilk demokratik respublikasının uğurlu varisi: zəngin və qüdrətli Azərbaycan
A+   Yenilə  A-
Şərqin ilk demokratik respublikasının uğurlu varisi: zəngin və qüdrətli Azərbaycan

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

Dünya təcrübəsindən məlumdur ki, özünü millət kimi təsdiqləmək əzmində olan ayrı-ayrı etnoslar müstəqil dövlət quraraq mövcudluğunu qoruyub saxlamış, beləliklə də tarix səhnəsində duruş gətirə bilmişlər. Hər bir xalqın milli özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının gerçək həyata vəsiqə alması isə əsrlərlə davam edən tarixi mücadilənin nəticəsi olmuşdur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən neçə əsrlərlə milli özünəməxsusluqlarını şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çox çətin sınaqlardan, mürəkkəb yollardan keçməli olmuşlar.

Əsrlər boyu ölkə ərazisində müstəqil dövlətin qurulmasına yönəlmiş cəhdlərin – Atabəylər, Qaraqoyunlu və Ağqoyunlular, Səfəvilər və xanlıqların müasir dövlət modelində reallaşması isə məhz XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanın vətənpərvər, milli təfəkkürlü ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş düşüncəsinin formalaşdırılması sahəsində sistemli fəaliyyət göstərmişlər. Həmin dövrdə Azərbaycan bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif, incəsənət və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdir. Ən başlıcası, respublikada güclü və müasir burjua təbəqəsinin və çoxpartiyalı siyasi sistemin formalaşması ölkənin ictimai həyatında fəallığı gücləndirmiş, milli maraq və ideallar uğrunda mübarizəyə yeni nəfəs vermişdir. Beləliklə, ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində zorən bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması Azərbaycana da istiqlaliyyətini elan etmək imkanı yaratmışdır.

Rusiyada 1917-ci il oktyabr çevrilişi və 1918-ci ildə Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə isə sözügedən Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq qazanılmış müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan "İstiqlal Bəyannaməsi"nin 4-cü və 5-ci bəndlərində deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən ərazisində (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəstanə inkişaflar üçün geniş meydan buraxır".

Bakı şəhərini 1918-ci il iyulun sonlarında süqut etmiş Bakı kommunasından sonra ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası"ndan təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında həyati vacib vəzifələrindən biri idi. Bir neçə ay davam edən qızğın döyüşlər nəticəsində Osmanlı və azərbaycanlı hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu türk generalı Nuru Paşanın rəhbərliyi altında 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.X.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən köçdü və Bakı şəhəri paytaxt elan olundu.

Azərbaycan hökuməti həmin dövrdə ölkənin milli maraqlarının qorunması baxımdan mühüm addımlar atmışdı. Tezliklə yeni qurulmuş dövlətin bütün atributları - üçrəngli bayrağı, gerbi, himni, pul vahidi yaradıldı. Qısa müddətdə formalaşdırılan Azərbaycan ordusu 1919-cu uldə ölkənin cənubunda denikinçilərin qüvvələrini, 1920-ci ilin mart-aprel aylarında isə Qarabağdakı erməni ordusunu darmadağın edərək millətin və gənc dövlətimizin həyat qabiliyyətliliyini öz canı və qanı bahasına təsdiq etdi. Dövrün əsas çağırışının məhz elm, keyfiyyətli insan potensialı olduğunu aydın dərk edən cümhuriyyət qurucuları 1919-cu uldə ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin əsasını qoydular və 100 nəfər gənci xarici dövlətlərin nüfuzlu universitetlərinə təhsil almağa göndərdilər.

Daxili siyasətdəki uğurlar xarici siyasətdə də mühüm nəticələr doğurmuşdu. Belə ki, Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris sülh konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqa baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.

Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".

Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "Mən"ini sovet imperiyası dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş Sovetlər Birliyi dövründə də məhdudlaşdırıla bilmədi.

Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi isə respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlanğıcı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi. Sovet İttifaqının nüfuzlu ali məktəblərinə yüzlərlə azərbaycanlı gəncin göndərilməsi, Xalq Cümhuriyyətinin xarici ölkələrə tələbə ezamı ənənəsinin sovet rejiminin ağır şərtlərində bərpası kimi başa düşülməlidir. Habelə, Azərbaycan silahlı qüvvələrinin Mehmandarov, Şıxlinski tərərfindən əsası qoyulan şanlı ənənələtinin davamı olaraq Cəmşid Naxçıvanski adına hərbi liseyinin yaradılması da o dövrün buxovlarını sındıran cəsarətli addımlar idi.

Ümumilikdə Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndərə hələ Naxçıvan Ali Məclisinin sədri olarkən, 1990-cı ildə burada Xalq Cümhuriyyəinin üçrəngli bayrağını ucaldaraq 70 ildən sonra ilk dəfə Muxtar Respublikanın rəsmi atributu elan etmiş, dövlətçiliyimizin bu ən mühüm atributunu yenidən dirçəltmişdir. Təsadüfü deyil ki, məhz onun 2003-cü ildə imzaladığı sərəncam əsasında sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmışdır. Bir daha və dönə-dönə mühüm bir tarixi fakt vurğulanmalıdır ki, əgər Ulu Öndərin ikinci dəfəf hakimiyyətə möhtəşəm qayıdışı olmasaydı, naşı və səriştəsiz iqtidarlar sayəsində Azərbaycan Respublikasının da taleyi Xalq Cümhuriyyətinin 1920-ci ildəki aqibətini təkrar edəcəkdi.

Bu məqamda bir haşiyə çıxmaq yerinə düşər. Belə ki, hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma “Müsavat” partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır. Əvvəla qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərində yaradılmış “Müsavat” xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi. Indiki “Müsavat” isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə, bir çox tarixçının və araşdırmaçının qənaətinə görə ideolojik olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran “Müsavat”la, 1992-93-cü illərəd hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkün deyil, hətta büsbütün absurddur.

Ulu Öndər Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərinin yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən «sabitlikdən inkişafa doğru» ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ulu Öndərin bu müdrik sözləri yada düşür: «Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır». Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Dərin və universal böhrandan çıxaraq cəmi 20 il ərzində kosmik dövlətlər sırasına girən, dünyanın ən mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən, qlobal kataklizmlərlə çalxalanan regionda multikultiralizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan bu gün hamımızın qürur mənbəyidir. Sadəcə son aylarda baş verənlər bu günkü Azərbaycan reallığının ən bariz nümunəsidir. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyəıt daşıyır. Habelə, cari ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması nəzərdə tutulan bu xətt həm də təcavüzkar Ermənistanın strateji blokadasını möhkəmləndirən mühüm iqtisadi-siyasi qələbədir.

Bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq qanlar, insanların bu münaqişələr ucbatindan öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi və multikulturalizm dəyərini bütün xalqlara aşılayaq və bu yolla dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına öz töhfəmizi verək. Məhz bu missiyanı həyata keçirmək məqsədi ilə ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili “Multukulturalizm”, 2017-ci ili isə “İslam həmrəyliyi ili” elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir.

Eyni zamanda, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərliyi ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir sıra mötəbər tədbirlərin, konfransların və beynəlxalq forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur. Mehriban xanımın beynəlxalq miqyasda uğurlu fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılmış, ölkəmiz ən nüfuzlu mədəni və idman yarışlarına ev sahibliyi etmişdir. Onun rəhbərliyi altında Azərbaycanın zəngin mədəni irsi, milli—mənəvi dəyərləri bütün dünyada uğurla təbliğ olunmuşdur. Uzun müddət rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki Azərbaycanda yüzlərlə təhsil ocağı və məscidlər inşa və təmir etmiş, hablə, ölkənin sərhədlərindən uzaqda Pakistanda, Ruminıyada məktəblər tikilmiş, Avropada və Rusiyada dünya mədəni irsinə aid olan tarixi-dini abidələr inşa və təmir olunmuşdur. Həmçinin, məhz Mehriban xanımın təşəbbüsü ilə yüksək humanizm prinsipləri rəhbər tutularaq ölkəmizdə geniş əhatəli amnistiya aktları həyata keçirilmiş, yüzlərlə ailəyə sevinc bəxş edilmişdir.

Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.

Zaman isə heç şübhəsiz Azərbaycann xeyrinə işləyir. Cənab İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində təkcə 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 3 milyard manat artmış, valyuta ehtiyatları 4,5 milyard artaraq 42 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatına 14, 6 milyard dollar sərmayə qoyulmuş, ixracat 19 faiz artmış, ticarət balansında 6, 2 milyard dollarlıq müsbət saldo meydana gəlmişdir. Geniç iqtisadi imkanlar isə heç şübhəsiz Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnika ilə təchizatını sürətləndirməklə yanaşı, təcavüzkar Ermənistanla ölkəmiz arasında nəinki dərin fərq, hətta ciddi hərbi-iqtisadi uçurum yaradır. Bu amillər isə Azərbaycanın labüd qələbəsini gündən-günə yaxınlaşdırır.

Bütün sahələrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz, cənab İlham Əliyev bu siyasi xətti daha da inkişaf etdirərək Cümhuryyətin 100 illiyi münasibətilə 2017-ci ildə xüsusi sərəncam imzaladı. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti olduqca yüksək qiymətləndirilərək deyilirdi:“Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq birliyin subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

Nəhayət, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasında dövlət başçısı bu ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bu dövlətin tariximizdə oynadığı müstəsna rolu vurğulamaqla yanaşı, onun əsasını qoyduğu ideyaların əbədiliyinin və həmişəyaşarlılığının növbəti təsdiqidir. Prezident İlham Əliyev həmin iclasdakı çıxışında demişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Prezidentin qarşıya qoyduğu vəzifələr və 2018-ci ildə görülməsi nəzərdə tutulan işlər isə bir növ “Cümhuriyyət ilinə” ərmağan olacaqdır. Belə ki, ümumilikdə ölkə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyuluşu gözlənilir. Habelə, irimiqyaslı layihələrdən TANAP layihəsinin, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi başa çatdırılacaq, ikinci süni peykimiz olan “Azerspace-2” kosmosa çıxarılacaq. Sahibkarlığa Kömək Milli Fondu sırf daxili imkanlar hesabına yerli iş adamlarına 170 milyon manatdan artıq güzəştli kredit verəcək. 20 min köçkün ailəsi yeni inşa ediləcək evlərə və mənzillərə köçürüləcək. Ölkədə 137 modul tipli məktəb, 6 yeni mərkəzi rayon xəstəxanası, 3 “ASAN xidmət” mərkəzi 2 Olimpiya idman kompleksi, bəlgələrimizdə yeni sənaye parkları, 10 yeni xalça fabriki tikilərək istifadəyə veriləcək. 160 milyon dollarlıq kənd təsərrüfatı texnikası alınacaq, 300-dən artıq subartezian quyu qazılacaq və ən az 100 min hektar heç vaxt suvarılmamış ərazi əkinçiliyə açılacaq. Sevindirici haldır ki, bütün bunlar Cümhuriyyətin yubileyinə veriləcək töhvələrin heç də tam siyahısı deyil.

Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir və daim tariximizə qızıl hərflərlə yazılacaqdır. Biz isə arzu edək ki “Cümhuriyyət ili” bütün həmvətənlilərimiz üçün birlik, bərabərlik və həmrəylik ili kimi tariximizə əbədi həkk olunsun.

 
  • Oxunub:  4890  |  
  • Tarix:  11-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

20:20
17 Oktyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsində ölkəmizdə DOST sisteminin qurulması ilə bağlı dinləmə keçirilib
20:17
17 Oktyabr
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
20:03
17 Oktyabr
Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti
20:01
17 Oktyabr
Çində keçirilən İpək Yolu Biznes Sammitində Bakı Limanı barədə məlumat verilib
17:54
17 Oktyabr
Bakıda “Milli müstəqilliyimiz-mənəvi gücümüz” mövzusunda konfrans keçirilib
17:51
17 Oktyabr
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
17:43
17 Oktyabr
XİN: Dövlət Dumasının üzvünün Dağlıq Qarabağa qanunsuz səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır
17:38
17 Oktyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyevin siyasətinin əsasında xalqın maraqları, dövlətin mənafeyi, əhalinin sosial müdafiəsi dayanır
17:36
17 Oktyabr
İstanbul Əsgəri Muzeyində qorunan Şirvanşahlar dövlətinə aid hərbi geyim və silahlar Azərbaycana gətirilib
17:29
17 Oktyabr
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17:26
17 Oktyabr
Tahir Mirkişili: Bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahibdir
17:21
17 Oktyabr
Hikmət Babaoğlu: “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir
17:20
17 Oktyabr
Xarici KİV-lər “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsini yaymaqda davam edir
17:05
17 Oktyabr
Şəmkirdə ötən doqquz ayın yekunları müzakirə olunub
17:00
17 Oktyabr
Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması diqqət mərkəzindədir
16:51
17 Oktyabr
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz?” nominasiyasının qalibi olub
16:44
17 Oktyabr
Tahir Rzayev: Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlaması mühüm əhəmiyyətə malikdir
16:42
17 Oktyabr
Seyfəddin Talıbov: Aqrar sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir
16:39
17 Oktyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirilib
16:36
17 Oktyabr
Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub
16:30
17 Oktyabr
Nikolay Qolovatıy: Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib
16:23
17 Oktyabr
Altınay Omurbekova: Azərbaycanın inkişafı ilə qürur duyuruq
16:11
17 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:45
17 Oktyabr
Hava Hücumundan Müdafiə bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını yerinə yetiriblər
15:36
17 Oktyabr
Aqiyə Naxçıvanlı: Uşaqların zərərli informasiyalardan qorunması vacib məsələdir
15:28
17 Oktyabr
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub
15:25
17 Oktyabr
Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
15:24
17 Oktyabr
Latviya Yerli İcra Orqanları İttifaqının sədri: Azərbaycan məhsulları ölkəmizdə yaxşı tanınır
15:23
17 Oktyabr
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
15:11
17 Oktyabr
Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanılıb
15:08
17 Oktyabr
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
15:03
17 Oktyabr
Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil
15:01
17 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib
14:57
17 Oktyabr
Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
14:53
17 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra təmin edilib
14:51
17 Oktyabr
İordaniyalı senator: Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır
14:49
17 Oktyabr
“Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub
14:43
17 Oktyabr
BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub
14:42
17 Oktyabr
Fransa portalı Nəsimi festivalından yazıb
14:39
17 Oktyabr
Ekspert: Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır
14:34
17 Oktyabr
Dünya Ərzaq Günü 2018
14:32
17 Oktyabr
Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
14:30
17 Oktyabr
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
14:27
17 Oktyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub
14:22
17 Oktyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşları qəbul edib
14:18
17 Oktyabr
Aydın Hüseynov: Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək nəticələr əldə etməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların real nəticəsidir
14:16
17 Oktyabr
Müstəqillik milli sərvətimizdir
12:58
17 Oktyabr
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
12:56
17 Oktyabr
Mingəçevirdə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib
12:50
17 Oktyabr
Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olunub
12:41
17 Oktyabr
Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək
12:37
17 Oktyabr
Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub
12:25
17 Oktyabr
Bu il Azərbaycana 193 ölkədən 2,2 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
12:04
17 Oktyabr
Rauf Əliyev: Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir
11:55
17 Oktyabr
Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub
11:54
17 Oktyabr
MDBMİ-də Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbir keçirilib
11:52
17 Oktyabr
ADU-da “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda müzakirələr aparılıb
11:50
17 Oktyabr
Azərbaycanın energetika naziri Çində səfərdədir
11:47
17 Oktyabr
ABŞ-da keçirilən simpoziumda Qafqaz dağ-meşə xoruzlarının Azərbaycandakı vəziyyətindən danışılıb
11:44
17 Oktyabr
Azərbaycan tingçiliyində yeni dövr: bir tumurcuqdan 105-107 ting alınacaq
11:41
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb
11:28
17 Oktyabr
BANM-də Prezident təqaüdçüləri ilə görüş
11:27
17 Oktyabr
AQTA əməkdaşları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb
11:06
17 Oktyabr
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
10:59
17 Oktyabr
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
10:53
17 Oktyabr
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
10:41
17 Oktyabr
Madriddə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib
10:37
17 Oktyabr
Qaxın daha iki kəndində modul tipli məktəblər quraşdırılır
10:32
17 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
21:45
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+12 +15