Ana səhifə »  Qəzetin pdf formatı »  SOCAR Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verib
A+   Yenilə  A-
SOCAR Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verib

SOCAR-ın 2011-ci ildən fəaliyyət göstərən “Elm Fondu” 2017-ci il üzrə müsabiqənin qaliblərini elan edib. Təqdim olunan 98 layihədən 35-i Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və SOCAR-ın alim və mütəxəssislərindən təşkil edilmiş Müsabiqə Komissiyası tərəfindən müsabiqənin qalibi seçilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, cari ildə keçirilən müsabiqədə sənayedə internet texnologiyalarının tətbiqi ilə bağlı problemlərin araşdırılması, yeraltı qaz anbarlarının istismarı prosesləri və onların ətraf mühitə təsiri, dəniz platformalarında seysmik risklərin qiymətləndirilməsi, metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii qazın karbon qazı ilə (CO2) əvəzlənməsi, kəşfiyyat, hasilat və digər sahələrdə səmərəliliyin artırılması və mümkün fəsadların qarşısının alınması istiqamətində aparılan araşdırmalara üstünlük verilib.

AMEA-nın prezidenti, “Elm Fondu”nun İdarə heyəti sədrinin müavini, akademik Akif Əlizadə bildirib: “SOCAR-ın “Elm Fondu”nun keçirdiyi müsabiqədə mövzular sənaye və cəmiyyət üçün praktiki faydasına görə, innovativ, mütərəqqi və qabaqcıl ideya tutumuna əsasən seçilib. SOCAR tərəfindən elmin inkişafına qoyulan sərmayə, ölkəmizin gələcəyinə yatırılan ən mühüm investisiyalardan biridir”.

2017-ci il üzrə müsabiqə şərtlərinə tam cavab verən 35 layihənin 29-u fundamental və tətbiqi xarakterli ən yaxşı elmi-tədqiqat layihəsi, 3-ü xüsusi layihə, 3-ü isə gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat” layihəsidir.

“Elm Fondu”nun sədri, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: “Prezident İlham Əliyevin tapşırığı əsasında neft və qaz sənayesinə dair elmi tədqiqatları stimullaşdırmaq üçün SOCAR-la AMEA-nın birgə təsis etdiyi “Elm Fondu” hər il müsabiqələr keçirir, sənayenin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmasına şərait yaradılır. Bununla biz Azərbaycanın dayanıqlı inkişafının təməli olan elmi tədqiqatların aparılmasına öz töhfəmizi veririk. SOCAR gələcəkdə də biznes əməliyyatlarından əldə etdiyi vəsaitlərin müəyyən hissəsini ölkəmizin dayanıqlı inkişafına yönəlmiş bu kimi layihələrə yatırmağa davam edəcək, milli sərvətimizin dəyərini artıraraq, gələcək rifah və dayanıqlı inkişafımıza öz töhfəsini verməyə davam edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin təbii sərvətlərinin öyrənilməsi istiqamətində səmərəliliyin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunması məqsədilə SOCAR və Azərbaycan Milli Elmlər Akademiyası arasında 2011-ci il mayın 26-da Anlaşma Memorandumu imzalanıb, memoranduma əsasən SOCAR-ın “Elm Fondu” təsis edilib. “Elm Fondu”nun 2012-ci ildən etibarən sahə üzrə keçirdiyi 4 müsabiqəyə ümumilikdə 307 layihə təqdim edilmiş və bunlardan 129-u seçilərək, SOCAR-ın ayırdığı qrant vəsaiti hesabına tam maliyyələşdirilib.

Xatırladaq ki, SOCAR tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət layihələri, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramları tələbələr arasında böyük rəğbət qazanıb. Daxili Təqaüd proqramı ilə yanaşı SOCAR 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını, 2010-cu ildən isə məqsədi tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqindən ibarət olan “Ödənişli Yay Təcrübəsi” Proqramını təşkil edir. Prezident İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi beynəlxalq tədris proqramı əsasında, Azərbaycanda və xaricdə həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək müasir biliklərə yiyələnmiş, yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlayır. Müasir iqtisadiyyatda gənc kadrların hazırlığı işində sosial stimullara mühüm yer verilir. Bu məqsədlə SOCAR tərəfindən sosial güzəştlər sistemi işlənib hazırlanıb: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, həm də xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları, həmçinin uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  11-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Son 15 ildə Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət göstərilib

21:17
25 Aprel
İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"
21:16
25 Aprel
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
21:15
25 Aprel
Ərdoğan Əliyevə söz verdi: 24 iyundan sonra...
21:13
25 Aprel
İlham Əliyev: "Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir"
21:12
25 Aprel
Ərdoğanın sayəsində Türkiyə artıq böyük gücdür - Prezident
21:11
25 Aprel
İlham Əliyevlə Ərdoğanın görüşündə ilk yaşandı
21:08
25 Aprel
İlham Əliyev: "Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycanla bir yerdədir”
21:06
25 Aprel
"Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir"
21:04
25 Aprel
“Qoy, düşmən ayaqları altında torpaqlarımızın necə yandığını hiss etsin”
21:02
25 Aprel
Prezident: "Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir"
21:01
25 Aprel
Bryansk şəhərində "Birlikdə əldə edilmiş Böyük Qələbə" adlı Forum keçirilir
20:59
25 Aprel
"Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb"
20:58
25 Aprel
Deputat: “Tanrı bu birliyi və birgəliyi əbədi etsin!"
20:56
25 Aprel
İlham Əliyev: Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir"
20:54
25 Aprel
“Prezidentin səfəri Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirəcək”
20:53
25 Aprel
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Ankaraya səfərini geniş işıqlandırır
17:54
25 Aprel
FIFA-nın prezidenti “Qarabağ”ı Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrik edib
17:52
25 Aprel
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb
17:44
25 Aprel
Flora Qasımova: Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur
17:42
25 Aprel
Məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib
17:26
25 Aprel
Prezident Kitabxanasında “Mir Cəlal” adlı elektron nəşr hazırlanıb
17:14
25 Aprel
İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək
17:03
25 Aprel
Bəzi qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar
16:55
25 Aprel
“ADA” Universitetində hüquqşünaslıq ixtisası açılıb
16:48
25 Aprel
Rafael Hüseynov: Avropada mətbuatı təsiri altında saxlayan iqtisadi güclər siyasi senzuradan daha təhlükəlidir
16:40
25 Aprel
Ağacan Abiyev: Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda və olimpiadalarda uğurlarını ilbəil artırırlar
16:31
25 Aprel
Azərbaycan Dillər Universitetində “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib
16:20
25 Aprel
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
16:11
25 Aprel
BƏƏ mətbuatında Azərbaycanın maraqlı turizm məkanı olduğu barədə məqalə dərc edilib
15:59
25 Aprel
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bilik yarışlarının qalibləri mükafatlandırılıblar
15:57
25 Aprel
Rəcəb Tayyib Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək
15:56
25 Aprel
Azərbaycanın müdafiə naziri Çinə səfər edəcək
15:48
25 Aprel
Prezident İlham Əliyev: Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər
15:41
25 Aprel
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
15:13
25 Aprel
Sevinc Fətəliyeva: Ənənəvi mediada və sosial şəbəkələrdə dözümsüzlüyün və zorakılığın təbliği yolverilməzdir
15:07
25 Aprel
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib
15:06
25 Aprel
Albaniya Prezidentinə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib
14:46
25 Aprel
Azərbaycanlı deputat Avropa Şurasını üzv ölkələrə təzyiqi azaldaraq müzakirə və dialoqa üstünlük verməyə çağırıb
14:45
25 Aprel
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
14:41
25 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü
14:34
25 Aprel
Mahir Abbaszadə: Azərbaycan qısa müddətdə ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib
14:32
25 Aprel
Elman Məmmədov: Ermənistanın vətəndaş müharibəsi həddinə gəlib çatması istisna deyil
14:30
25 Aprel
Akkan Suver: Azərbaycan vətəndaşları ölkədə görülən işləri dəyərləndirərək Prezident İlham Əliyevə yenidən etimad göstərdi
14:23
25 Aprel
Nizami rayonunda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə idman yarışlarına start verilib
14:23
25 Aprel
İtaliyalı senator: Azərbaycanda seçkilərin nəticələri ölkənin iqtisadi inkişafının bəhrəsidir
14:19
25 Aprel
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Ankaraya səfərini geniş işıqlandırır
14:16
25 Aprel
Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub
14:13
25 Aprel
Bakıda Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyasına dair konfrans keçirilir
14:11
25 Aprel
Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub
14:09
25 Aprel
Deputat: Elə ermənilərin özü Sarkisyanı beynəlxalq məhkəməyə verməlidir
13:04
25 Aprel
Tahir Mirkişili: Sənaye məhəllələrində yüksək texnologiyaların tətbiqi regionlarda iqtisadiyyatın inkişafında mühüm rol oynayır
12:57
25 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb
12:52
25 Aprel
Aydın Hüseynov: Prezident seçkiləri hər bir ölkədə siyasi proseslərin güzgüsüdür
12:48
25 Aprel
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
12:37
25 Aprel
ATƏT Azərbaycan-Ermənistan sərhədində montorinq keçirib
12:30
25 Aprel
Ermənistan-Azərbaycan münaqişəsi NATO PA-nın seminarında diqqət mərkəzində olub
12:11
25 Aprel
Azərbaycan QHT-ləri 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb
12:06
25 Aprel
Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
11:57
25 Aprel
Prezident Administrasiyası: Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir
11:54
25 Aprel
Bakıda İnsan Resursları forumu keçiriləcək
11:40
25 Aprel
Akademik İsa Həbibbəyli: Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb
11:37
25 Aprel
Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının üzvlərinin sayı 10 mini ötüb
11:35
25 Aprel
Koreyalı mütəxəssislər Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olublar
11:08
25 Aprel
Çingiz Qənizadə: Ermənistanda hadisələrin bu sonluqla nəticələnməsi hakimiyyətin xalqdan çox uzaq olması ilə bağlıdır
10:57
25 Aprel
Pakistanın federal müvəkkili Azərbaycanda insan hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb
10:47
25 Aprel
Bakıda “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılması üzrə görüş keçiriləcək
10:27
25 Aprel
Bəxtiyar Sadıqov: Sarkisyan Xocalı soyqırımına görə tribunal qarşısında cavab verəcək
10:21
25 Aprel
“Azeri Light”ın qiyməti 76 dollar/barreli keçib
10:14
25 Aprel
"Russian Times" komandasının pilotu: Bakıda olan trassa başqa ölkələrdə rast gəlmək mümkün deyil
09:52
25 Aprel
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 95 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA