Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir

20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir

18.01.2018 [20:28]

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib.

Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, 1990-cı ilin 20 Yanvar tarixi ölkəmizin azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və xalqımızın öz müstəqilliyinə qovuşmaq cəhdi idi. Bu yolda öz canından keçən çoxlu sayda vətəndaşlarımız olub və bu gün onların missiyasını sərhəddə düşmənlə üzbəüz dayanan əsgərlərimiz davam etdirir.

Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partıyası icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə qanlı faciə haqqında danışarkən vurğulayıb ki, 20 Yanvar hadisəsi erməni millətçiləri tərəfindən ərazi iddiasına məruz qalan xalqın azadlıq mübarizəsinin zirvəsi idi. 20 Yanvar faciəsini dövlət səviyyəsində cinayət kimi xarakterizə edən deputatın sözlərinə görə, keçmiş SSRİ rəhbərliyi öz vətəndaşının təhlükəsizliyini təmin etmək əvəzinə ona qarşı qanlı cinayət törədib. 20 Yanvar hadisəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini diqqətə çatdıran A.Mirzəzadə bu addımı atmaq üçün lazım olan fiziki və siyasi cəsarətin Ulu Öndərdə əksini tapdığını söyləyib. Deputat qanlı hadisəni tariximizin qəhrəmanlıq səhifəsi adlandırıb və onun hər zaman xatırlanmasının zəruriliyini diqqətə çatdırıb.

Universitetin dosenti Namiq Kərimov, professor Məsməxanım Qazıyeva 20 Yanvar hadisəsinin xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib, onu azadlıq hərəkatının ən yüksək zirvəsi kimi dəyərləndiriblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla 20 Yanvar faciəsinin hər zaman xatırlandığını, onun mahiyyətinin daim xalqımızın qəlbində yaşadığını bildirib və bu hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin zirvəsi kimi dəyərləndirib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qanlı hadisəyə ilk dəfə siyasi qiymət verməsi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.

K.Abdulla ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin də həmin gecə şəhidlik zirvəsinə ucaldığını, şəhid olmuş insanların Azərbaycan xalqının mübarizlik ruhunu qoruyaraq dünyaya bəyan etdiklərini vurğulayıb.

Paylaş:
Baxılıb: 278 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30