Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocalı soyqırımının dünyada tanıtdırmaq şəhidlərimizin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur

Xocalı soyqırımının dünyada tanıtdırmaq şəhidlərimizin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur

26.02.2014 [10:01]

Azərbaycanın Qazaxıstandakı səfirliyinin və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə Almatıdakı “Dostluq evi”ndə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qazaxıstan Xalqları Assambleyasına daxil olan bir sıra mədəniyyət mərkəzlərinin nümayəndələri, Almatıda yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, tələbələr, KİV təmsilçiləri iştirak etmişlər.
Mərasim iştirakçılarına Xocalı faciəsinin qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu sübut edən sənədlər, fotolar və digər materiallar paylanılmışdır.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilən tədbirlər, eləcə də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
Çıxışlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verildiyi, 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevral tarixini Xocalı soyqırımı günü elan etdiyi qeyd olunmuşdur.
Bildirilmişdir ki, məhz o dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş foto-slayd nümayiş etdirilmişdir.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30