Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fransanın internet qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından bəhs edən məqalə dərc olunmuşdur

Fransanın internet qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından bəhs edən məqalə dərc olunmuşdur

27.02.2014 [09:41]

Fransanın nüfuzlu internet qəzetinin 26 fevral tarixli nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı faciəsindən bəhs edən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Xocalı faciəsinin mənşəyi” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və mövcud münaqişənin tarixinin keçmiş SSRİ dövründən də xeyli əvvələ təsadüf etdiyi, 1915-1918-ci illərdə ermənilər tərəfindən 30 mindən çox azərbaycanlının qətlə yetirildiyi xatırlanır.
1988-ci ildə yenidən işğalçılıq və etnik təmizləmə siyasəti çalışan Ermənistanın ilə Azərbaycan arasında vəziyyətin yenidən kəskinləşdiyi, ermənilərin vaxtilə Stalin tərəfindən müəyyənləşdirilən sərhədlərin məsələsinə yenidən baxılmasını və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini M. Qarbaçovdan tələb etmələri barədə fransız oxucularına ətraflı məlumat verilmişdir.
Regionda azərbaycanlılarla ermənilər arasında toqquşmaların getdikcə kəskinləşdiyi, qondarma “Sumqayıt hadisələri”ni və ermənilərin təhlükəsizliyini bəhanə edən Ermənistanın 1989-cu ilin dekabr ayında Dağlıq Qarabağın Ermənistan Respublikasının bir hissəsi olmasına dair bəyanat verdikləri, Moskvanın bu özbaşınalığı rədd etdiyi məqalədə qeyd olunmuşdur. Eyni zamanda, SSRİ-nin süqutundan və Azərbaycanın müstəqilliyini yenidən bərpasından bir qədər sonra ermənilərin Dağlıq Qarabağı “müstəqil respublika” elan etdikləri, amma bu “qondarma respublika”nın heç bir beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı, bu hadisələrlə paralel olaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığı diqqətə çatdırılmışdır.
“Human Right Watchs”ın, “ Le Monde”, “Sinday times” , “Finansial times” və digər xarici mətbuat orqanlarının materiallarına istinad olunan məqalədə, həmçinin azərbaycanlıların qanına susayan ermənilərin hətta günahsız qadınlara, uşaqlara və yaşlı insanlara belə aman verməyərək onları ağlasığmaz amansızlıqla qətlə yetirdikləri qeyd olunmuşdur.
Bildirilmişdir ki, 1992-ci il fevral ayının 26-da Xocalı hadisələrinin münaqişəyə yeni dönüş vermiş, ermənilər misli görünməmiş vəhşiliyə əl ataraq 613 sakini, o cümlədən 160 qadını, 83 uşağı, silah gücünə çıxarılan və Xocalıda məşkunlaşan şuşalı və laçınlı qaçqın və məcburi köçkünlərə divan tutmuşlar. Məqalədə Xocalı faciəsi dünyada bənzəri olmayan görünməmiş soyqırımı kimi dəyərləndirilmişdir.
Azərbaycanın əzəl ərazisi Dağlıq Qarabağ və ona bitişik 7 rayonu da daxil olmaqla torpaqlarının 20 faizini işğal etməklə Ermənistanın bütün beynəlxalq hüquq normalarını tamamilə pozduğu , silah gücünə zorla doğma yurdlarından çıxarılan bir milyondan artıq azərbaycanlının öz vətənlərində qaçqın və məcburi köçkün vəziyyətində yaşadıqları, münaqişə zamanı 30 min azərbaycanlının həlak olduğu, 100 mindən çox insanın yaralandığı, 50 min nəfərin müxtəlif bədən xəsarəti aldığı, 4853 nəfərin itkin düşdüyü, onlardan 783 nəfərin taleyi barədə bu günə qədər məlumat olmadığı məqalədə öz əksini tapmışdır.
Məqalədə işğalın nəticələrinin Azərbaycan üçün çox ağır olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, ermənilər tərəfindən 900 azərbaycan icması yerlə yeksan olunduğu, 7 min kənd təsərrüfatı sahəsi, 700 ümumtəhsil məktəbi, 665 səhiyyə ocağı, 22 muzey, 4 rəssamlıq qalereyası, 44 məscid və məbəd, 9 milyon incəsənət əsəri, çoxlu sayda mədəniyyət və arxitektura abidələri dağıdılmış, talan olunmuşdur.
Məqalənin sonunda ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində yanğınlar törətdikləri, körpüləri və avtomobil yollarını sıradan çıxartdıqları, meşələrə divan tutduqları, qəbirləri dağıdaraq orada nüvə tullantılarını basdıraraq ölkəmizin fauna və florasına ciddi zərər vurduqları diqqətə çatdırılmışdır.
İnternet qəzetdə Azərbaycan xəritəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarımız işğal altında olan ərazilər kimi göstərilmişdir.
Məqalənin tam mətnini http://quintessenses.unblog.fr/2014/02/26/les-origines-du-conflit-du-haut-karabagh-et-la-genoside-de-khodjaly/linkindən oxumaq olar.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30