Ana səhifə »  Qəzetin pdf formatı »  Paul Riçard Gallager: Azərbaycanda tolerantlığın səviyyəsi və dini icmalara hörmət təqdirəlayiqdir
A+   Yenilə  A-
Paul Riçard Gallager: Azərbaycanda tolerantlığın səviyyəsi və dini icmalara hörmət təqdirəlayiqdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər. 1997-ci ildə 24-27 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və 2015-ci il 6 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci il mayın 22-də və Papa Fransiskin 2016-cı il oktyabrın 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusi vurğulanıb.

Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgəyaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən Paul Riçard Gallager Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə çox faydalı müzakirələrin aparıldığını bildirib. Azərbaycanda katolik icmasına göstərilə dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlığın səviyyəsini və digər dini icmalara hörməti yüksək qiymətləndirib.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən Elmar Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransda iştirakını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd ediblər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək qiymətləndirilib.

Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan Elmar Məmmədyarov sözügedən yazıların üzə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana öz dərin təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə toxunan nazir Elmar Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb.

Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meyilləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.

Həmçinin tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  12-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
09:36
19 May
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
09:30
19 May
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib
20:52
18 May
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
20:47
18 May
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib
19:03
18 May
Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
19:02
18 May
“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib
18:58
18 May
Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır
18:53
18 May
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA birgə layihələr reallaşdıracaq
18:42
18 May
Kənd təsərrüfatı nazirinin müavini: Rusiya bizim ənənəvi tərəfdaşımızdır
18:18
18 May
SOCAR: Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında quyu qazır
18:07
18 May
“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
17:46
18 May
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İkinci Asiya-Avropa Siyasi Forumunda iştirak edir
17:44
18 May
Əbülfəs Qarayev Fransa səfiri ilə görüşüb
17:43
18 May
Dövlət Miqrasiya Xidmətinin rəisi yerli və xarici iş adamları ilə görüşüb
17:38
18 May
Hikmət Babaoğlu: Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər
17:34
18 May
Laçının işğalının ildönümü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyd edilib
17:33
18 May
Türkiyədə Cümhuriyyətimizin yubileyi şərəfinə “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb
17:25
18 May
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir
17:22
18 May
Bakı Şopinq Festivalında alış-veriş edin, əylənin və qazanın!
17:12
18 May
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı açıqlama yayıb
17:06
18 May
Zakir Həsənov: “Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb”
17:01
18 May
Azərbaycana Birgə Yardım Təşkilatı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16:54
18 May
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16:52
18 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edib
16:34
18 May
Hikmət Hacıyev: Avropa Şurası və onun qurumları Azərbaycanın nümayəndələrinə münasibətdə davamlı olaraq qərəzli mövqe sərgiləyir
16:24
18 May
Milli Məclisin növbəti plenar iclası keçirilib
16:09
18 May
“Beynəlxalq Mahmud Kaşqari” mükafatı növbəti dəfə təqdim edilib
15:54
18 May
Dövlət Miqrasiya Xidmətində sahibkarların müraciətlərinə operativ baxılması üçün qaynar xətt yaradılıb
15:47
18 May
Konstitusiya Məhkəməsinin sədri Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib
15:18
18 May
2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub
15:16
18 May
Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir
14:43
18 May
Bakı Dövlət Universitetində tanınmış alimin 80 illik yubileyi qeyd olunub
14:41
18 May
"Azerbaijan Fashion Week"də Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi: 100 ildə dəyişən Azərbaycan qadınının obrazı
14:34
18 May
Bişkekdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib
14:27
18 May
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
14:25
18 May
Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində yoxlamalar aparacaq
14:19
18 May
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
14:05
18 May
Milli Məclisin sədri: AŞPA-nın qərarı ədalətsizdir
12:58
18 May
Siyavuş Novruzov: "AŞPA-da atılan addımlar Azərbaycana qarşı, ölkəmizin iqtisadi inkişafına qarşı yönəlib"
12:42
18 May
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin başçısı Təhlükəsizlik Şurasının iclasında çıxış edib
12:40
18 May
Əli Hüseynli: “Azərbaycan bundan sonra da AŞPA-da prinsipial fəaliyyətini davam etdirəcək”
12:36
18 May
Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq
12:20
18 May
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 May
San-Fransiskoda Azərbaycan tolerantlığına həsr olunmuş geniş tədbir keçirilib
12:06
18 May
Astanada "Global Challenges Summit" XI İqtisadi Forumu keçirilir
12:03
18 May
İran İslam Respublikasının nümayəndə heyəti muxtar respublikada səfərdə olub
11:53
18 May
“N” saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
11:50
18 May
Ekologiya və təbii sərvətlər naziri ilə BP-nin regional prezidenti arasında görüş keçirilib
11:21
18 May
Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir
11:14
18 May
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İkinci Respublika İnnovasiya Müsabiqəsini elan edib
11:13
18 May
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayıb
10:55
18 May
Əhalinin təhlükəli qida məhsulları haqqında maarifləndirilməsi üçün mobil vasitə təqdim olunacaq
10:54
18 May
Azexport XXIV Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir
10:41
18 May
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
10:36
18 May
18 may-Beynəlxalq Muzeylər Günüdür
10:18
18 May
Azərbaycan neftinin qiyməti 81 dollar/barreli keçib
10:16
18 May
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 85 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA