Ana səhifə »  Qəzetin pdf formatı »  Dünya Bankının missiyası ilə görüşdə sosial müdafiə sahəsindəki islahatlarla əlaqədar əməkdaşlıq məsələləri müzakirə olunub
A+   Yenilə  A-
Dünya Bankının missiyası ilə görüşdə sosial müdafiə sahəsindəki islahatlarla əlaqədar əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş ölkəmizdə sosial müdafiə, o cümlədən sosial yardım və pensiya siyasətlərində son irəliləyişlər barədə missiyanın məlumatlar əldə etməsi, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirə olunması məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlar, həyata keçirilən sistem xarakterli islahatlar barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, ölkədə idarəçilik və əhaliyə xidmət praktikasının yeni çağırışlara uyğun şəkildə və innovasiyalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi ölkəmizin dinamik inkişafını stimullaşdıran uğurlu islahatlar proqramının əsas prioritetlərindən biridir: “Həmin prioritet əsasında son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sistem xarakterli islahatlar nəticəsində artıq milli əmək və sosial müdafiə sisteminin geniş əhali kontingenti ilə təmasların mövcud olduğu bütün aktual sahələri avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərir. Ölkəmizdə əmək münasibətləri, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və səmərəli idarəetməni, şəffaf xidmətlər şəbəkəsini formalaşdıran elektron sistemlər BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilib. Elektron sistemlərin qurulması nəticəsində vətəndaşların müvafiq xidmətlərdən məmurlarla təmas qurmadan, şəffaf və onlayn rejimdə istifadə edilməsinə imkan yaradılıb. Hazırda nazirliyin 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və həmin xidmətlərə böyük sosial tələbin ifadəsi kimi, təkcə son bir ildə onlardan 1 milyon 123 min dəfəyə yaxın, indiyədək isə 24 milyon dəfə istifadə olunub”.

Aparılan islahatların Dünya Bankı tərəfindən maraqla izlənilməsi və dəyərləndirilməsindən razılığını ifadə edən nazir deyib:”Ünvanlı dövlət sosial yardım sisteminin bütün prosedurlarının məmur-vətəndaş ünsiyyəti olmadan, tam elektron qaydada, şəffaf şəkildə həyata keçirilməsini təmin edən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə bağlı Dünya Bankının dəyərləndirməsini xüsusi qeyd etmək olar. Ötən il əməkdaşlarımız həmin Təşkilatın müraciətinə əsasən onun Vaşinqton şəhərində (ABŞ) yerləşən mərkəzi ofisi üçün VEMTAS-ın videokonfrans vasitəsilə geniş təqdimatını da keçiriblər”.

Hazırda məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması istiqamətində işlərin yekunlaşdığını qeyd edən nazir həmçinin əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsinin elektron sistem üzərində daha səmərəli və çevik təşkilinin əsas hədəflərdən olduğunu bildirib.

Pensiya siyasətinin təkmilləşdirilməsi sahəsində ötən il aparılan islahat tədbiri barədə də məlumat verilib. Nazir 2017-ci il iyulun 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliklərin tam sığorta əsaslı pensiya təminatı sisteminə keçidə, bu sistemin pensiyaçıların rifahında təminedici rolunun güclənməsinə imkan yaratmaqla, eyni zamanda, işləyən əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsini stimullaşdırdığını diqqətə çatdırıb: “Ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələr əmək və sosial müdafiə sahələrinin institusional potensialının qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün qarşıya qoyulan hədəflərə nail olunmasında mühüm əhəmiyyət kəsb edib. Texniki yardım layihəsi çərçivəsində təşkilatla qarşıdakı dövrdə də sıx əməkdaşlıq üçün fəaliyyət sahələri vardır”.

Missiyanın rəhbəri, Dünya Bankının aparıcı iqtisadçısı Aleksandra Posarak hər zaman mərhələsində ölkəmizin sosial müdafiə sistemində yeni irəliləyişlərin şahidi olduğunu, bu sistemdə səmərəliliyin və şəffaflığın, ünvanlılığın təmin edilməsi sahəsində pozitiv proseslərin davam etməsindən məmnunluğunu ifadə edib. O, Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatları dəstəklədiyini və nazirliklə uğurlu əməkdaşlığını davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Görüşdə ölkəmizdə sosial müdafiə sahələrində aparılan islahatların, yeni elektron sistemlərin tətbiqinin nəticələri, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində görülən işlər müzakirə olunub, həmin layihə üzrə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  12-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir

18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq
10:37
16 Avqust
Azərbaycan əhalisinin sayı açıqlanıb
10:32
16 Avqust
“Azeri Light”ın bir barreli 71,68 dollara satılır
10:24
16 Avqust
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:04
16 Avqust
Hadi Rəcəbli: Azərbaycan hökuməti güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir
09:54
16 Avqust
Kürdəmirli fermer: Dövlətimizin dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatı genişləndirməyə ruhlandırır
17:57
15 Avqust
Rumıniya və Bolqarıstan KİV-ləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından yazır
17:42
15 Avqust
Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası kümçüləri damazlıq barama toxumları ilə tam təmin edəcək
17:37
15 Avqust
Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı
17:20
15 Avqust
“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj
16:50
15 Avqust
Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +24