Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ Konqresmenləri dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son qoyulmasına köməklik göstərməyə çağırmışlar

ABŞ Konqresmenləri dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son qoyulmasına köməklik göstərməyə çağırmışlar

27.02.2014 [09:45]

ABŞ Konqresinin üzvləri Cin Qrin və Tim Rayn Xocalı Faciəsinin 22-ci ildönümü ilə əlaqədar Konqresdə bəyanatlarla çıxış etmişlər.
Konqresmen Cin Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu bildirmiş, Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları tərəfindən işıqlandırıldığını bəyan etmişdir. Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı və dostu olduğunu vurğulayan Konqresmen, eyni zamanda dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırmışdır.
Konqresmen Tim Rayn da Xocalı Faciəsinin qurbanlarını yad etmişdir. Onun bəyanatında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin ədalətli və hərtərəfli həllinin regionda uzunmüddətli sülhün bərqərar olunması baxımından həlledici olduğunu vurğulanmışdır.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30