Ana səhifə »  Qəzetin pdf formatı »  Aktiv əmək bazarı proqramları sahəsində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair müzakirələr aparılıb
A+   Yenilə  A-
Aktiv əmək bazarı proqramları sahəsində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, onun müavini Alessandro Frakassetti, habelə Proqramın ayrı-ayrı nümayəndələri iştirak edib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, həmçinin 8-ci Məqsədə uyğun olaraq, inklüziv və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi şəraitində hər kəs üçün tam və məhsuldar məşğulluq imkanlarının yaradılması sahəsində respublikada aparılan işləri və əldə olunan nailiyyətləri qeyd edib.

Əmək və sosial müdafiə sahələrində aparılan islahatlardan bəhs edən nazir bu sahələrdə İKT-nin tətbiqi nəticəsində elektron infrastrukturun yaradıldığını, müasir idarəetmə və şəffaf xidmətlər sisteminin qurulduğunu diqqətə çatdırıb: “Milli sosial müdafiə sisteminin təkmilləşdirilməsi, xüsusən ölkəmizdə müasir sığorta-pensiya sisteminin qurulması sahəsində aparılan islahatlarda BMT İnkişaf Proqramı ilə fəal əməkdaşlıq təcrübəmiz vardır. Hazırda bu əməkdaşlıq gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi vacib sahədə davam etdirilir. BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası əsasında müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnmələrində əhəmiyyətli rol oynayır. Bu məqsədlə son illərdə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonlarında SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə təlimlərə cəlb olunmuş gənclərdən 85 faizi təlimlər zamanı müasir və səmərəli metodlar əsasında iş axtarışı üzrə yiyələndikləri bacarıqlar müqabilində qısa müddətdə ayrı-ayrı müəssisələrdə münasib işlə təmin olunublar”.

Nazir ölkəmizdə aktiv əmək bazarı proqramları, aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarının yaradılması üçün icra olunan özünüməşğulluq proqramı və onun perspektivləri barədə də məlumat verib: “Əlilliyi olan şəxslərin də bu proqramda iştirakına şərait yaradılıb. Proqram çərçivəsində ötən il kiçik ailə təsərrüfatları yaradılan şəxslərin 64 nəfəri məhz həmin kateqoriyadan olanlardır. Bu il özünüməşğulluq proqramının əhatə etdiyi şəxslərin sayı dəfələrlə genişlənəcək və əlilliyi olan şəxslərin də həmin proqrama cəlb olunması işləri davam etdiriləcək”.

Nazir bildirib ki, ötən ilin dekabrında BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan Niyyət Məktubu bu üç qurum arasında əməkdaşlığın aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası və genişləndirilməsi, milli məşğulluq strategiyasının həyata keçirilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması da daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq niyyətini ifadə edir.

BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində ölkəmizdə aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, Azərbaycanda aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, o cümlədən özünüməşğulluq proqramının icrası sahəsində əldə olunmuş müsbət təcrübənin məmnunluq doğurduğunu söyləyib və əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin əməkdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsi üçün imkanlar açdığını qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai BMT-nin İnkişaf Proqramının ölkəmizdə əmək və sosial müdafiə sahələrinin inkişafı ilə bağlı aparılan islahatlara, habelə məşğulluq imkanlarının artırılması sahəsində görülən işlərə qarşıdakı dövrdə də dəstək vermək məramında olduqlarını bildirib.

Görüş BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında aktiv əmək bazarı proqramları sahəsində gələcək əməkdaşlığa dair müzakirələrlə davam edib.

 
  • Oxunub:  3840  |  
  • Tarix:  13-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir

15:16
24 Yanvar
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
15:14
24 Yanvar
Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir
15:06
24 Yanvar
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:41
24 Yanvar
V.Sadovniçi: MDU-nun filialları böyük nüfuza malikdir
14:29
24 Yanvar
Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
14:05
24 Yanvar
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiq etdi
14:01
24 Yanvar
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
14:00
24 Yanvar
İTV “Eurovision-2019” üçün mahnı qəbulunu elan edir
13:58
24 Yanvar
Azərbaycanın 18 cüdoçusu Tel-Əviv Qran-Prisində mübarizə aparır
13:56
24 Yanvar
“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
12:50
24 Yanvar
Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
12:41
24 Yanvar
“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir
12:09
24 Yanvar
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının regional koordinasiya şurası yaradılacaq
12:04
24 Yanvar
Bakı Ali Neft Məktəbində təlim: “Yeni nəsil və yeni təhsil dünyası”
11:46
24 Yanvar
AŞPA-nın sessiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində əlil olmuş azərbaycanlılardan danışılıb
11:45
24 Yanvar
Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
11:16
24 Yanvar
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis olunmasının ildönümü qeyd edilib
11:13
24 Yanvar
Azərbaycan məhsulları Berlində nümayiş edilir
10:57
24 Yanvar
Yeni “Tufan” sərhəd gözətçi gəmisi Xəzər dənizində xidməti-döyüş fəaliyyətinə başlayıb
10:53
24 Yanvar
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
10:23
24 Yanvar
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
10:18
24 Yanvar
24 yanvar – Beynəlxalq Təhsil Günüdür
10:12
24 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:08
24 Yanvar
Sahibə Qafarova: Azərbaycanda sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə ciddi diqqət göstərilir
21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6