Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir: Əsas məqsədlərdən biri vergiödəyicilərlə qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasıdır

Nazir: Əsas məqsədlərdən biri vergiödəyicilərlə qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasıdır

13.02.2018 [14:31]

Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. Nazirlik “Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov fevralın 13-də Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı deyib.

"Nazirlik üçün əsas məqsəd bu il bütün vergiödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün nazirlik vergiödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lazım olduğu halda kiçik vergiödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq", - deyə M.Cabbarov vurğulayıb.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30