Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nyu Yorkda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir

Nyu Yorkda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir

27.02.2014 [11:32]

Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Amerika-Azərbaycan Qadınlar Assosiasiyası Ermәnistanın BMT-dәki daimi nümayəndəliyinin vә BMT-nin binasının qarşısında etiraz aksiyası təşkil etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, Xocalı faciәsini әks etdirən plakatlar tutmuşlar. Onlar “Ermәnistan terrorçu”, “Ermənistan uşaq vә qadın qatili”, “Ermәnistan, etdiklәrindәn utan!”, “Ermәnistan, Azərbaycandan və Türkiyәdən əlini çәk!” kimi şüarlar sәslәndirmişlər.
Aksiyada yerli sakinlərə və turistlərə Xocalı faciәsi haqqında broşürlər paylanmışdır.
Türk icmasının nümayənədələri də aksiyaya qatılaraq soydaşlarımıza dəstək nümayiş etdirmiş və bu dәhşәtli faktı bütün dünyaya çatdırmaq üçün әllәrindәn gәlәni edәcәklәrinә söz vermişlər.
Etiraz aksiyasında amerikalı yazıçı xanım Lisa Hellman Lomauro da iştirak etmişdir.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30