Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avstraliya İttifaqında “Xocalıya ədələt” adlı məlumatlandırma-etiraz aksiyası həyata keçirilmişdir

Avstraliya İttifaqında “Xocalıya ədələt” adlı məlumatlandırma-etiraz aksiyası həyata keçirilmişdir

28.02.2014 [10:33]

Avstraliya İttifaqında “Xocalıya ədələt” adlı məlumatlandırma-etiraz aksiyası həyata keçirilmişdirAzərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin və bu yaxınlarda təsis edilmiş Kanberra Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə fevralın 25-də Kanberra şəhərindəki “Civiq Square” meydanında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş “Xocalıya ədələt” adlı məlumatlandırma-etiraz aksiyası həyata keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, aksiyada Xocalı soyqırımı faktını özündə əks etdirən foto şəkillərdən və dünya mətbuatında dərc olunmuş yazılardan ibarət stendlər nümayiş etdirilmiş, faciəyə dair bröşürlər və kitablar paylanılmışdır. Eyni zamanda, Xocalı soyqırımına hüquqi qiymət verilməsini dəstəkləmək məqsədilə federal və yerli parlamentlərə ünvanlanmış imza toplanması həyata keçirilmişdir.
Fevralın 26-da isə səfirliyin və Assosiasiyasının birgə təşkilatçılığı ilə Sidney şəhərində, “Martin Place” meydanında “Khojaly Genocide Silent Protest” adlı məlumatlandırma-etiraz aksiyası təşkil olunmuşdur. Burada da fotosərgi və imza toplama kampaniyası keçirilmişdir. Aksiyada Sidney şəhərində yaşayan azərbaycanlılar, burada təhsil alan azərbaycanlı tələbələr, türk icmasının nümayəndələri yaxından iştirak etmişlər.
Elə həmin gün CIT (Canberra Institute of Technology) Universitetində azərbaycanlı tələbə Xəyalə Sübhanverdiyeva tərəfindən “Xocalı soyqırımı” adlı prezentasiya həyata keçirilmişdir.
www.avaaz.org saytı vasitəsilə imza toplama kampaniyası onlayn olaraq davam etdiriləcəkdir.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30