Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-ın İndiana ştatının senatı Xocalı faciəsini soyqırımı kimi qətnamə qəbul etmişdir

ABŞ-ın İndiana ştatının senatı Xocalı faciəsini soyqırımı kimi qətnamə qəbul etmişdir

04.03.2014 [11:39]

Martın 3-də ABŞ-ın İndiana ştatının senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılmış və bu faciənin soyqırımı kimi tanınması haqqında qətnamə qəbul olunmuşdur. Sənəddə göstərilmişdir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistana məxsus silahlı dəstələr Azərbaycanın Xocalı şəhərini işğal etmişi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqları amansızlıqla qətlə yetirmişlər. Qətnamədə bildirilmişdir ki, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrinə baxmayaraq rəsmi Yerevan bu günədək qətnamələrin icrasını təmin etməmiş, işğaln etdiyi əraziləri boşaltmamışdır.
Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunmuşdur.
Beləliklə İndiana Xocalı qətliamını soyqırımı kimi tanıyan ABŞ-ın 15-ci ştatı olmuşdur. Keçən il Xocalı soyqırımına həsr olunmuş qətnamələri Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarının senatları da qəbul edilmişdir.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30