Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası “AZDAS-2018” konfransı keçirir

Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası “AZDAS-2018” konfransı keçirir

21.02.2018 [12:14]

Bakı Biznes Mərkəzində “AZDAS-2018” konfransı keçirilir. Tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası (AZDAS) tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu sahənin alim və mütəxəssisləri, epidemioloqlar, infeksionistlər, respublikanın aparıcı müalicə müəssisələrinin rəhbərləri, habelə müvafiq sahənin tibb işçiləri iştirak edirlər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Səhiyyə Nazirliyinin baş epidemioloqu, tibb elmləri doktoru, professor İbadulla Ağayev, AZDAS Assosiasiyasının idarə heyətinin üzvü, Mərkəzi Klinik Xəstəxananın (MKX) həkim-epidemioloqu, MKX-nin dezinfeksiya nəzarəti komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva Assosiasiyanın yaradılmasının məqsədləri barədə məlumat veriblər.

Qeyd edilib ki, xəstəxanadaxili infeksiyalara qarşı mübarizə sahəsində qazanılmış uğurlara baxmayaraq, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasında da xəstəxana sterilizasiyası sahəsində vəziyyət səhiyyənin aktual problemlərindən biri kimi qalır. Vurğulanıb ki, xəstəxanadaxili infeksiyalara qarşı mübarizə sahəsində profilaktik və epidemiya əleyhinə tədbirlər dünya praktikasında bu sahədə qəbul edilmiş sanitar qaydalara və normativlərə müvafiq şəkildə həyata keçirilir.

Konfransda xəstəxana sterilizasiyası sahəsində dünyada aparıcı təşkilat olan Beynəlxalq Elm Federasiyasının fəxri prezidenti Villi Renders, bu təşkilatın vitse-prezidenti və Türkiyə Dezinfeksiya, Antiseptika və Sterilizasiya Dərnəyinin rəhbəri, Kayseri şəhərindəki Erziyes Universitetinin klinik mikrobiologiya kafedrasının professoru Duyğu Perçin, Fransanın “Anios Laboratories” şirkətinin regional meneceri Esra Pehlivan və başqalarının çıxışları gözlənilir.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31