Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Özbəkistan iş adamlarının əlaqələri genişlənir

Azərbaycan və Özbəkistan iş adamlarının əlaqələri genişlənir

21.02.2018 [18:11]

Özbəkistanın İnvestisiyalar üzrə Dövlət Komitəsi sədrinin müavini Laziz Kudratov Daşkənddə keçirilən birinci Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin başçılığı ilə iş adamlarının bir qrupunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Tərəflər biznes dairələrimizin Özbəkistanda fəaliyyəti, Azərbaycanda istehsal edilən məhsulların bu ölkəyə ixracı, Özbəkistan mallarının isə Azərbaycana göndərilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

M.Musayev Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib, SOCAR-ın beynəlxalq əməkdaşlığından danışıb, Ukrayna, Gürcüstan və digər ölkələrdə SOCAR-ın yanacaqdoldurma məntəqələrinin açıldığını diqqətə çatdırıb və Özbəkistanda da bu istiqamətdə fəaliyyət göstərmək istədiklərini vurğulayıb.

Bakıdakı “Alians” tikinti şirkətinin baş direktoru Namiq Babayev və müxtəlif sahələr üzrə fəaliyyət göstərən “Bestcomp group” şirkətinin Mərkəzi Asiya üzrə direktoru Xəlil Ələkbərov Daşkənddə ofis açmaq niyyətində olduqlarını bildiriblər. Söhbət zamanı bununla əlaqədar müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30